Yuxarı

Məhkəmədən Taleh Bağırovun adamları ilə bağlı – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin oktyabr-noyabr aylarında Nardaran hadisələri ilə bağlı saxlanılan Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın üzvü Zülfüqar Mikayılov, Elman Ağayev, Faiq Allahverdiyev, Əli Hüseynov, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Ramil Seyfullayev, Mübariz İbrahimov, Ruzi İsmayılov və Cabir Əliyevin barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən Zülfüqar Mikayılovla bağlı hissədə hökm dəyişdirilib. Ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməsi barədə birinci instansiya məhkəməsinin qərarı ləğv edilib. Onun cəzasını xüsusi rejimli cəza çəkmə müəssəsisində çəkməsi qərara alınıb.

Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 12 il 3 ay, Eldar Bünyatov 13 il, Elxan Həsənov 12 il 3 ay,

Ruzi İsmayılov 15 il, Mübariz İbrahimov 13 il, Cabir Əliyev 14 il, Ramil Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki 2015-ci il noyabrın 26-da Nardaran qəsəbəsində baş verən hadisələrlə bağlı üç qrupda cinayət işi üzrə məhkəmə araşdırması gedir.

Bundan əvvəl Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 üzvü, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunublar.

Məhkəmənin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Bundan başqa, “Müsəlman Birliyi” təşkilatının sədri Taleh Bağırovun müavini Elçin Qasımov və təşkilatın daha 11 üzvü daha bir icraatda mühakimə olunublar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə dəstə başçısı Elçin Qasımov 15 il, Ağaəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Seyfəddin Şirvanov 12 il 6 ay, Fərhad Muradov 12 il 6 ay, Elgün Axundov 12 il 6 ay, Vüsal Alış 12 il 6 ay, İsa İbrahimov 12 il 6 ay, Ramil Əliyev 12 il 6 ay, Seymur Aslanov 12 il 3 ay, Əli Şahbazov 12 il 3 ay, Əmirli Əliyev 12 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Bu hadisələrlə bağlı həbs olunan Əbülfəz Bünyatov və Elxan İsgəndərovun barəsində olan cinayət işi üzrə araşdırma Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

Nardaran qəsəbəsində keçirilən əməliyyat zamanı Taleh Bağırovun tərəfdarları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında silahlı qarşıdurma yaranıb. Silahlı qarşıdurma zamanı iki polis əməkdaşı öldürülüb, 5 nəfər isə yaralanıb.

Əməliyyat zamanı 4 nəfər əli silahlı olan Nardaran sakini zərərsizləşdirilib.

Tarix
2018.04.17 / 14:55
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla