Yuxarı

Əməkdar jurnalist tələbələrlə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Lider” televiziyasında yayımlanan “Seçim” tok-şousunun aparıcısı, əməkdar jurnalist Mətanət Ağamirli Bakı Slavyan Universitetində (BSU) jurnalistika ixtisası üzrə təhsil alan tələbələrlə görüşüb.

Universitetdən Axar.az-a verilən məlumata görə, görüşdə BSU-nun jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova və kafedranın dosenti Mübariz Əhmədov iştirak ediblər.

Mətanət Ağamirli özünün jurnalistikaya həvəsi və hazırkı fəaliyyətindən geniş söz açıb, eləcə də tələbələrin suallarını cavablandırıb.

Televiziya jurnalistikasına qəzet jurnalistikasından gəlməyin vacib olduğunu deyən tanınmış aparıcı, jurnalistikanın çətin və məsuliyyətli peşə olduğunu bildirib. Mətanət Ağamirli əsl jurnalist adını almaq üçün çox böyük səylə çalışmaq, daim mütaliə etmək və bu peşəni sevərək işləməyin əsas şərtlərdən biri olduğunu tələbələrin diqqətinə çatdırıb.

2016-cı il noyabrın 7-də Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla “əməkdar jurnalist” fəxri adı ilə təltif olunduğunu qeyd edən aparıcı-jurnalist, bunu dövlət tərəfindən onun əməyinə verilən ən böyük qiymət kimi dəyərləndirib.

Tarix
2018.04.17 / 15:50
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Qırğızıstan sənədləri imzalanır

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla