Yuxarı

Cənub rayonlarına gediş dayandı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cənub rayonlarına gediş dayandı - Foto

Bu gün səhər saatlarından etibarən Bakı Beynəlxalq avtovağzalından cənub rayonlarına gedən avtobuslar qəhətə çıxıb.

Axar.az xəbər verir ki, avtobusların olmaması sərnişinlərin saatlarla gözləməsinə səbəb olub.

Hazırda təxminən yüzə yaxın sərnişin avtobus gözləyir.

Sərnişin Teymur Cavadovun əməkdaşımıza verdiyi xəbərə görə, səhər 8-dən indiyədək cəmi 1 avtobus xəttə buraxılıb: "Səhər 8-dən buradayam. 1 avtobus gəldi. Sıxlıq olduğuna görə yer ala bilmədim. Günortaya qədər hələ də başqa avtobus gəlməyib".

Onu da bildirək ki, əsasən sıxlığın yaşandığı bayram günlərindən fərqli olaraq bu günlərdə avtobus qıtlığı başadüşülən deyil. Nəzərə alsaq ki, yay mövsümüdür və şəhər sakinlərinin əksəriyyəti bölgələrə üz tutub, sakinlərin haqlı narazılığını başa düşmək o qədər də çətin deyil.

Avtovağzal rəhbərliyi ilə sözügedən hadisə ilə bağlə danışmaq istəsək də, cəhdimiz alınmadı.

Tarix
2014.08.15 / 16:39
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla