Yuxarı

İstanbulda azərbaycanlılar həbs edildi - VİDEO

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda azərbaycanlılar həbs edildi - VİDEO

Türkiyənin Atatürk hava limanında Gömrük Komitəsinin əməkdaşları 4 Azərbaycan vətəndaşını saxlayıb. Buna səbəb 1 milyon dollarlıq mobil telefonu qanunsuz yolla bu ölkəyə keçirmək cəhdi olub.

"Axar.az"ın ANS-ə istinadən xəbərinə görə, faktla bağlı cinayət işi açılıb. Məsələnin araşdırmasını paytaxt Ankaranın Gömrük Komitəsi aparır.

Saxlanılan şəxslər 2 min ədəd son model telefonu bağlamalarda qaçaq yolla Türkiyə ərazisinə keçirməyə cəhd ediblərmiş. Gömrük və Ticarət Nazirliyindən verilən yazılı açıqlamada deyilir ki, telefon qaçaqmalçılarını mülki geyimli gömrük əməkdaşları saxlayıb.

Məlum olub ki, onlar hər hansı gömrük bəyannaməsi göstərmədən telefonla dolu bağlamaları Atatürk Aeroportundan çıxararaq İstanbula doğru istiqamət almaq istəyiblər. Saxlanılanlar barəsində qaçaqmalçılıq ittihamı ilə araşdırma başladılıb.

Tarix
2013.11.27 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla