Yuxarı

Azərbaycanda göl satılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda göl satılır - Foto

Azərbaycan rayonlarının birində 3400 sot ərazisi olan sahənin satışı diqqəti cəlb edib. Əslində bu sahə 99 illiyə müqavilə yolu ilə icarəyə verilir. Bu barədə ANS Press məlumat yayıb.

Ancaq hər kəs çox gözəl anlayır ki, 99 illiyə icarəyə verilən bir yer elə satılmaq kimi başa düşülməlidir. Belə baxanda burda təəccüblü elə bir şey yoxdur. Təəccüblü olan odur ki, o ərazidə 31 hektar ərazini özündə cəmləşdirən bir göl də var. Elanda yazılır ki, bu göldə alıcı balıq yetişdirə bilər.

Azərbaycanda isə su hövzəsinin dövlət mülkiyyəti olduğunu nəzərə alsaq, onun satılması ciddi qanun pozuntusudur və bu işin günahkarları qanun qarşısında cavab verməlidirlər. Düzdür, Azərbaycandan fərqli olaraq bir çox ölkələrdə nəinki göl, hətta adalar da satılır.

Elanda həmçinin həmin ərazidə 3 hektar əkin sahəsinin olduğu da diqqətə çatdırılır.

Qeyd edək ki, "kupça"sı olmayan bu ərazi 300 min AZN-ə satılır. Ərazinin işıq və su ilə təminatına da söz verilir.

Tarix
2014.08.19 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Ərdoğan Antalyada bunu nümayiş etdirdilər - Yılmaz

Yeni Konstitusiyanın qəbulu Ulu Öndərin adı ilə bağlıdır

Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla