Yuxarı

Ədliyyə Nazirliyi “Gündəm xəbəri” yalanladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 14 saylı cəzaçəkmə müəssəsində baş vermiş ölüm hadisəsi ilə əlaqədar məlumat yayıb.

"Axar.az" məlumat verir ki, müraciətdə "Gündəm xəbər" qəzetinin yayımladığı məlumatın heç bir fakta əsaslanmadığı göstərilib.

Penitensiar Xidmətin yayımladığı müraciətin tam mətnini təqdim edirik:

""Gündəm xəbər" qəzetinin 27 noyabr 2013-cü il tarixli sayında dərc olunmuş "14 saylı cəzaçəkmə müəssisəsində qətl" başlıqlı yazıdakı məlumatla bağlı Ədliyyə Nazirliyinin Penitensiar xidməti aşağıdakıları bildirir:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, 1975-ci il təvəllüdlü məhkum Qasımov Ceyhun Vaqif oğlu yazıda qeyd edildiyi kimi, 22.11.2013-cü il tarixdə 14 saylı cəzaçəkmə müəssisəsində deyil, 23.11.2013-cü il tarixdə Penitensiar xidmətin İxtisaslaşdırılmış müalicə müəssisəsində sol ağciyərin infiltratif vərəmi, qaraciyərin dekompensasiya mərhələsində olan qarışıq mənşəli serrozu, xroniki qaraciyər çatışmazlığı, assit, toksiki ensefolopatiya və II-III dərəcə ağciyər-ürək çatışmamazlığı diaqnozu ilə vəfat etmişdir.

21.07.2012-ci il tarixdən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum C.V.Qasımovla bağlı aparılmış tibbi müayinələr zamanı toplanmış anamnez nəticəsində onun uzun müddət inyeksion yolla narkotik vasitələrin istifadəçisi olduğu müəyyənləşdirilmişdir. 09.11.2013-cü il tarixdə o, "Xroniki bronxitin kəskinləşməsi "Ağ ciyər vərəmi" diaqnozları ilə İxtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilmişdir. Həmin müəssisədə aparılan patogenik, simptomatik müalicə kurslarına baxmayaraq xəstəliyin kliniki gedişində mənfi dinamika izlənilmiş və 23.11.2013-cü il tarixdə məhkum C.V.Qasımov qara ciyər çatışmazlığından vəfat etmişdir.

Beləliklə, "Gündəm xəbər" qəzetinin 27 noyabr 2013-cü il tarixli sayında dərc olunmuş "14 saylı cəzaçəkmə müəssisəsində qətl" başlıqlı yazıda göstərilən hallar tamamilə uydurulmuş mülahizələrin və məkrli düşüncənin təzahürüdür.

Bilə-bilə, qəsdən, mənfur niyyətlərlə ayrı-ayrı dövlət orqanlarına, o cümlədən Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə, Azərbaycanın müstəqil dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi, habelə ölkəmizin iqtisadi, siyasi, hüquqi, mədəni həyatında, abadlaşdırılmasında müstəsna xidmətləri olan ayrı-ayrı vəzifəli şəxslərə qarşı müxtəlif xarakterli böhtan və təxribatlarla dolu uydurulmuş məlumatların yayılması Azərbaycan Mətbuat Şurasının "Qara Siyahı"sında özünə yer almış "Gündəm xəbər" qəzetinin fəaliyyəti üçün təsadüfi deyildir. İctimai fikri çaşdırmağa, məhkum və təqsirləndirilən şəxslərin yaxınları arasında təşviş və narahatçılıq yaratmağa, eləcə də hədəf götürdükləri xidmət sahəsinin normal fəaliyyətinə, işgüzar nüfuzuna xələl gətirməyə cəhd edən bu mətbu nəşrin fəaliyyəti nəinki "Kütləvi İnformasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə ziddir, eyni zamanda bu fəaliyyətə hüquqi qiymət verilməsi zərurətini yaradır".

Tarix
2013.11.28 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla