Yuxarı

Ağalarov raport verdi, Putin qulaq asmadı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ağalarov raport verdi, Putin qulaq asmadı - Video

Ötən gün Rusiya Prezidenti Vladimir Putin Soçidəki “Fişt” stadionunda ölkəsində keçiriləcək futbol üzrə Dünya Çempionatına hazırlıq işlərinə dair müşavirə keçirib.

Virtualaz.org xəbər verir ki, FİFA prezidenti Canni İnfantinonun da iştirak etdiy müşavirədə federal məmurlar hesabatlarla çıxış ediblər. Daha sonra yarışların keçiriləcəyi regionların qubernatorları videokonfransla müşavirəyə qatılıblar.

Kalininqrad qubernatoru Anton Əlixanov da görülən işlər barədə danışıb. Amma məlum olub ki, Vladimir Putin qubernatora qulaq asmır və İnfantino ilə söhbət etməklə məşğuldur. Situasiya Əlixanovun sözü Kalininqradda stadion tikən azərbaycanlı oliqarx Araz Ağalarova verməsindən sonra da dəyişməyib. Bu obyekt barədə eşidən Putin bir anlıq əli ilə gözünü bağlayıb, daha sonra yenidən İnfantino ilə söhbətini davam etdirib. Hətta FİFA prezidenti qulağından “qulaqcığı” çıxarıb, hansı ki, tərcüməçi həmin vaxt Araz Ağalarovun dediklərini italyan dilinə tərcümə edirdi.

Daha sonra Nijeqorodsk qubernatorunun səlahiyyətlərini icra edən Gleb Nikitin danışıb. O, çıxışını bitirəndən dərhal sonra Putin soruşub: “Başqa kimin sözü var?” Cavab gəlməyəndə Putin sözü yenidən federal rəsmilərə verib...

Tarix
2018.05.04 / 12:32
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla