Yuxarı

Bakıdan Tiflisə 100 ilin yürüşü olacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan Tiflisə 100 ilin yürüşü olacaq

Cumhuriyyətin 100 illiyini Tiflisdə keçirmək istəyənlər üçün yürüş təşkil ediləcək.

Axar.az xəbər verir ki, yürüşü təşkil edən “Gənclər Klubu” İctimai Birliyi Cümhuriyyətin 100 illiyini onun elan olunduğu Tiflisdə qeyd edəcək. Republika Günü münasibətilə Gürcüstanın paytaxtında bayram yürüşü təşkil ediləcək.

Mayın 27-də səhər Bakıdan Tiflisə nümayəndə heyəti yola düşəcək və 29-da geri dönəcək.

Bu heyətin tərkibinə fəal gənclər, tələbələr, ziyalılar və mətbuat nümayəndələri daxil olacaq. Mayın 28-də Tiflisin mərkəzindən (“Azadlıq” meydanı) Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binaya bayram yürüşü olacaq.

Tədbirdə iştirak edəcək hər kəs yol, qalma və digər xərcləri özü ödəməlidir. Ümumilikdə, gediş, dönüş, 2 gün hosteldə qalmaq, 28 May bayram şam yeməyi və AXC-nin 100 illiyinə həsr olunmuş köynək üçün cəmi 90 manat tələb olunur.

Tədbirdə iştirak etmək istəyənlər üçün müraciətin son tarixi 15 maydır.

Əlavə məlumat üçün: (055) 848 14 34, (051) 909 42 13.

Tarix
2018.05.04 / 14:53
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

İlham Əliyev Türkiyə səfərindən video paylaşdı

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla