Yuxarı

Yeni layihə: 1 bağça, 1 məktəb, 1 universitet

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni layihə: 1 bağça, 1 məktəb, 1 universitet

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi “1 bağça, 1 məktəb, 1 universitet” maarifləndirici pilot layihəsinə başlayıb.

Axar.az xəbər verir ki, layihənin məqsədi məktəbəqədər şagirdlər, məktəblilər və tələbələr arasında qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və qida təhlükəsizliyi baxımından düzgün qidalanma vərdişlərinin aşılanmasıdır.

Layihə çərçivəsində AQTA-nın əməkdaşları Heydər Əliyev Fondunun təsis etdiyi Zərifə Əliyeva adına Uşaq bağçasında olub. Bağçada gigiyena qaydalarına riayət olunma vəziyyəti ilə tanış olan agentlik əməkdaşları daha sonra məktəbəqədər şagirdlərə “sadə gigiyenik norma və qaydalar”, “sağlam qidalanma” və “qida çantasının hazırlanma qaydaları” mövzularında əyani-praktik təlim keçib.

Uşaqlarla maraqlı və interaktiv oyunlar təşkil olunub, məktəbəqədər şagirdlərin “sağlam qida” mövzusunda bilikləri yoxlanıb. Layihə iştirakçılarına Agentliyin sertifikatları təqdim olunub.

Tarix
2018.05.04 / 18:29
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla