Yuxarı

Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Yollarda aparılan rənglənmə işləri ilə əlaqədar iki ərazidə hərəkət qismən məhdudlaşdırılacaq.

Axar.az-a AAYDA və BNA-dan verilən birgə məlumata əsasən, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində (Xırdalan və VAZ dairələri arası) hər iki istiqamət üzrə üfüqi nişanlanma xətləri yenidən rənglənəcək. Bu məqsədlə bu gün saat 11:00-dan etibarən hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Bundan əlavə, Tiflis prospektinin Həsən Əliyev küçəsi ilə kəsişməsindən Moskva prospekti ilə kəsişməsinədək (Şamaxinka deyilən ərazi) hissəsində hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar bu gün axşam saat 23:00-dan etibarən hərəkət tam və ya qismən məhdudlaşdırılacaq.

Tam məhdudlaşdırma prospektin həmin hissələrində olan tunel və körpü üzərində tətbiq olunacaq. Bu zaman hərəkət yan yollara istiqamətləndiriləcək. Prospektin digər hissələrində isə məhdudlaşdırma qismən tətbiq olunacaq. Yol bağlı olmayacaq. Məhdudlaşma səhər saatlarınadək qüvvədə olacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Tarix
2018.05.07 / 11:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla