Yuxarı

BNA müsabiqə başlatdı: 15 avtobus tələb olunur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA müsabiqə başlatdı: 15 avtobus tələb olunur

Bakı Nəqliyyat Agentliyi 19 nömrəli müntəzəm şəhərdaxili sərnişindaşıma marşrutu üzrə müsabiqə elan edib.

Axar.az xəbər verir ki, müsabiqənin şərtlərinə görə, Əliyar Əliyev küçəsi (“Çermet” kimi tanınan yaşayış massivi) – Neftçilər prospekti, Bakı Dəniz Vağzalı istiqamətində xidmət göstərilməsi üçün daşıyıcıdan ən azı 15 avtobus tələb olunur. Bu avtobuslar ən azı 75 sərnişin tutumuna və sayı 30-dan yuxarı oturacaq yerlərinə malik olmalıdır. Bundan başqa, avtobuslar səhər saat 06:00-da reysə başlamalı, 23:45-də isə reysi bitirməlidir.

Çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq, təşkil ediləcək yeni marşrut xətti Əliyar Əliyev (“Çermet” kimi tanınan yaşayış massivi), Y.V.Çəmənzəminli, A.Nemətulla küçələri ilə metronun “N.Nərimanov”, “Gənclik”, “Ş.İ.Xətai” və “Sahil” stansiyalarını əlaqələndirəcək.

Qeyd edək ki, Bakı şəhərində mövcud bütün marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə təqdim ediləcək. Məqsəd, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyətinin, təhlükəsizliyin və rahatlığın artırılmasıdır.

Tarix
2018.05.07 / 17:42
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla