Yuxarı

Ekspertdən iş adamlarını sevindirən təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər vergi dərəcələrinin optimallaşadırılması dəfələrlə gündəmə gətirilsə də, vergi dərəcələrinin aşağı salınması müşahidə edilməyib.

Axar.az xəbər verir ki, bu sözləri vergi sistemindəki çatışmazlıqlar haqda danışan iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert hesab edir ki, vergi yükünün azaldılması, eləcə də vergi dərəcələrinin optimallaşdırılması sahibkarlığın inkişafı baxımdan çox vacibdir:

“Hazırda Vergilər Nazirliyi Vergi Məcəlləsinə yeni dəyişikliklər hazırlayır. Əvvəla, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün sadələşdirilmiş vergi dövriyyəsinin artırılmasına ehtiyac var. 2015-ci ildən bəri manatın dollar qarşısında 2 dəfə ucuzlaşmasına baxmayaraq, sahibkarlar üçün sadələşdirilmiş dövriyyənin məbləği dəyişdirilməyib. Bu baxımdan sadələşdirilmiş vergi dövriyyəsinin 200 min manatdan 400 min manatadək artırılması və buna uyğun olaraq müəssisələrin təsnifatının dəyişdirilməsi vacibdir.

İkincisi, vəsaitin nağdılaşdırılması zamanı tətbiq edilən 1 faizlik verginin ləğv edilməsinə ehtiyac var. Bu “qəribə” vergi xalis mənfəətdən ayırmadır ki, bu da həm vergi fəlsəfəsinə, həm də mövcud qanunvericiliyə ziddir. Sahibkar bütün vergiləri ödədikdən sonra yenidən vergi öhdəliyinə məcbur edilə bilməz. Nə qədər qəribə olsa da, vəsait nağdlaşdırılan zaman həm bank faizi tutulur, həm də sözügedən vergi tətbiq edilir.

Üçüncüsü, əlavə dəyər vergisinin differensial tətbiqinin həyata keçirilməsinə ehtiyac var. Mövcud qanunvericiliyə əsasən, elmlə məşğul olan da, ticarətdə işləyən də eyni dərəcdə 18 faiz vergi ödəyir. Halbuki sektorlardan asılı olaraq vergi dərəcələri fərqləndirilməlidir. Prioritet sektorlarda daha aşağı dərəcəli ƏDV-nin tətbiq edilməsi lazımdır.

Dördüncüsü, mənfəət vergisi daxil olmaqla digər vergi dərəcələrinin azaldılması çox vacibdir. Xüsusən də fiziki şəxslərin gəlir vergisi aşağı salınmalıdır”.

Ekspert bildirib ki, Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı mütəmadi olaraq təkliflər təqdim edib.

Tarix
2018.05.16 / 12:41
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla