Yuxarı

Aşıq Namiqə dəymiş 54 minlik ziyan ödənildi – Məhkəmə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dələduzluqda təqsirləndirilən Rəşad Babayev və Elnur Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə "BestComp Group" şirkətinə və zərərçəkmişlərə dəymiş zərərin ödənildiyi elan olunub.

Daha əvvəlki iclaslarda zərərçəkmiş qismində tanınan aşıq Namiq Fərhadoğlu və digər zərərçəkmişlər zərərin ödənilməsi ilə bağlı məhkəməyə ərizə təqdim edib.

Xatırladaq ki, prokuror çıxışında Rəşad Babayevin 8 il, Elnur Həsənovun isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, Nərimanov rayonu ərazisində yerləşən “BestComp Group” firmasında sürücü işləyən Rəşad Babayev tanışı Elnur Həsənovla əlbir olub, həmin firmanın satış meneceri Elçin Məmmədovu aldadıb.

Onlar Elçin Məmmədova 2015-ci il avqustun 18-də həmin firmaya məxsus 34 min 400 manat dəyərində olan 70 ədəd HP markalı kompüterləri satmaq üçün müştərilərinin olduğunu deyiblər. Təqsirləndirilən şəxslər həmin malları başqa mağazaya sataraq pulu ələ keçiriblər.

Bundan başqa hər iki təqsirləndirilən şəxs 2014-2015-ci illərdə Aqil Məmmədovun 70550 manat, Namiq Hüseynovun (Aşıq Namiq) 54500 manat və Habil Hənifəyevin 53500 manat pulunu dədələduzluq yolu ilə mənimsəyiblər.

Qeyd edək ki, cinayət işində zərərçəkmiş kimi tanınan Namiq Hüseynov (Aşıq Namiq) təqsirləndirilən şəxsə qarşı 54 min 500 manat məbləğində mülki iddia qaldırıb.

Hər iki təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Tarix
2018.05.16 / 14:22
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla