Yuxarı

Nəsimi Paşayev vəzifədən getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Nəsimi Paşayev vəzifəsini tərk edir.

Axar.az xəbər verir ki, bununla bağlı məlumatı N.Paşayev özü paylaşıb. O bildirib ki, mayın 31-nə qədər vəzifəsi ilə vidalaşacaq.

“2014-cü ilin mart ayında mindiyim metro qatarı son stansiyaya çatdı. Təəssüf hissi ilə qeyd etməliyəm ki, mayın 31-də artıq bu stansiyada düşməliyəm. Bu işə başlayarkən Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynovla uzun bir söhbət etdik. Dövlət başçısı tərəfindən böyük məsuliyyət yüklənmiş bu işi birlikdə çiyinlərimizdə daşımağa qərar verdik. Zaur müəllimin “Gəlin başlayaq. Şərt deyil ki, mən sizin işinizi bəyənim, bəlkə heç siz mənim iş prinsipimi bəyənməyəcəksiniz” sözləri məsuliyyətimi daha da artırdı. Tam 4 il 3 ay çalışdıq. Biz bir komanda idik. Əsas məqsədimiz metromuzun imicini yüksəltmək, dünya metropolitenlərilə yarışacaq səviyyəyə gəlmək, yeni texnologiyaların tətbiqi və sair sahədə əlimizdən gələnin artığını etmək idi. Hər şey göz qabağındadır. Təbii ki, hər başlanğıcın bir sonu var. Mənim bu müddət ərzində necə fəaliyyət göstərdiyimin qiymətini siz verə bilərsiniz. Ancaq bu bir reallıqdır ki, rəhbərlik mənə şərait yaratmasaydı, ictimaiyyətlə işləməkdə bu qədər maraqlı olmasaydı, sərnişinlərə bu qədər önəm verməsəydi Bakı metrosunun ictimaiyyətlə əlaqələri bu səviyyədə olmazdı.

Başlanğıcda olduğu kimi, getmək haqqında qərarımı uzun söhbətdə müzakirə etdik. Zaur Hüseynov getmək istəyimə etiraz etsə də, qərarıma hörmətlə yanaşdı. “Bakı Metropoliteni sizə darlıq edir. Artıq siz daha böyük yerlərdə, daha böyük layihələrdə özünüzü sınamalısınız. Bizimlə böyük işlər gördünüz. Əminəm ki, bundan da böyük işlər görəcəksiniz” deyən sədr gələcək işlərimdə əlindən gələn köməkliyi göstərəcəyini bildirdib uğurlar arzuladı”, - N.Paşayev qeyd edib.

Tarix
2018.05.18 / 09:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla