Yuxarı

“Qızıl qoyun dərili” və “Kadırov”lu Şeyxin xoş günü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə 65 illik yubileyini qeyd edir.

Axar.az xəbər verir ki, Allahşükür Hümmət oğlu Paşazadə 26 avqust 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. İlk dini təhsilini yerli din adamlarından alıb, 1968-ci ildə Buxarada "Mir-Ərəb" mədrəsəsinə daxil olub, dini təhsilini Daşkənd İslam Universitetində davam etdirib.

1975-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin məsul katibi, Təzəpir məscidinin axundu, idarə sədrinin müavini işləyib. 1980-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib və Şeyx-ül-islam dərəcəsi alıb.

1986-cı ildə İordaniya Kral Akademiyasının üzvü seçilib, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktorudur. 1992-ci ildə Azərbaycanın, Dağıstanın, Kabardino-Balkariyanın, Gürcüstanın, İnquşetiyanın, Çeçenistanın, Qaraçay-Çerkesiyanın, Adıgeyin dini xadimləri tərəfindən Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri seçilib.

Ümumdünya İslam Konqresinin, Avrasiyanın İslam Şurasının idarə heyətinin və bir sıra başqa beynəlxalq təşkilatların üzvüdür. 2004-cü ildə Müstəqil Dövlətlər Birliyinin Dinlərarası Şurasının həmsədri, 2009-cu ildə MDB müsəlmanları Məşvərət Şurasının sədri seçilib. Şeyx həmçinin Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü, Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biridir.

Onlarla elmi məqalənin müəllifidir.

Şeyxin orden və medalları da çoxsaylıdır. O, "Şöhrət", "İstiqlal", "Şərəf" ordenlərinə layiq görülüb.

"Xalqlar dostluğu", I dərəcəli "Əl-elm və əməl", Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir", Rus Pravoslav Kilsəsinin "Şöhrət və Şərəf", I dərəcəli "Müqəddəs Sergi Radonejevski", Rusiya Müftilər Şurasının I dərəcəli "Əl Fəxr" ordeni, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli "Müqəddəs Apostol Varfolomey", Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli "Ümmət qarşısında xidmətlərinə görə", "Dostluq", "Milli qəhrəmanı-Koman Turpal", "Müqəddəs Qriqori", I dərəcəli "Kral Hüseyn", "Qoyunun qızıl dərisi", "Kadırov", "Aypara və Ulduz" və s. ordenlər, o cümlədən medallar və müxtəlif təltiflər alıb.

Şeyxin həyat və fəaliyyəti ilə bağlı dünyanın müxtəlif dillərində onlarla kitab və yüzlərlə məqalə dərc olunub.

Tarix
2014.08.26 / 13:22
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla