Yuxarı

Ziya Məmmədovun qardaşı qızı faciəvi şəkildə dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ziya Məmmədovun qardaşı qızı faciəvi şəkildə dünyasını dəyişdi

Ziya Məmmədovun qardaşı qızı dünyasını dəyişib.

Oxu.az xəbər verir ki, qəza dünən axşam saatlarında Bakı-Quba magistral yolunda baş verib. Nazirin qardaşı qızının olduğu minik avtomobili ağır yüklü maşınla toqquşub. Avtomobili idarə edən sürücü yüngül xəsarət alıb.

Qeyd edək ki, mərhumun həyat yoldaşı "Garant Holding"in Müşahidə Şurasının üzvü Emil Ələsgərovdur.

Allah rəhmət eləsin!

***

APA-nın şimal bürosu faciəvi qəza ilə bağlı təfərrüatları yayıb.

Məlumata görə, 1950-ci il təvəllüdlü Quba rayon sakini Almasov Ramiz Qaflan oğlu idarə etdiyi 90 CM 986 dövlət nömrə qeydiyyatlı KİA markalı minik maşını ilə Xaçmaz rayonu Hülövlü kənd sakini, 1962-ci il təvəllüdlü Mustafayev Bəhram Əlövsət oğlunun idarə etdiyi at arabasını vurub. Bundan sonra KİA-nın arxasınca eyni istiqamətdə hərəkətdə olan 1956-cı il təvəllüdlü, Xaçmaz rayonunun Köhnə Xaçmaz kənd sakini Cəbiyev Məhərrəm Şəmbala oğlunun idarə etdiyi 90 JZ 076 dövlət nömrə nişanlı KamAZ markalı yük maşını KİA ilə toqquşub.

Qəza nəticəsində KİA-da olan sərnişin, 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Ələkbərova Günay Loğman qızı dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

Tarix
2014.08.28 / 11:18
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla