Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Prezident tapşırıq verdi - Cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunda pambıq tarlasında baş vermiş zəhərlənmə hadisəsinə görə cinayət işi açılıb.

Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, 10 iyun 2018-ci il tarixdə saat 19:30 radələrində Saatlı rayonunun Simadakənd kəndi ərazisində fermer Lətif Xəlilova məxsus torpaq sahəsində əkilmiş pampıq tarlasında işləyən 24 nəfər Sabirabad rayon sakinləri “Kimyəvi dərman zəhərlənməsi” diaqnozu ilə Saatlı Mərkəzi rayon Xəstəxanasına daxil olub.

Baş vermiş hadisə ilə bağlı dərhal Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müvafiq məlumat verilib. Dövlət başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülmüş, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarından ibarət komissiya rayona ezam edilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 249.2 (bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə qaydalarını pozma, ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetriməməsi, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, bitki ziyanvericilərinə qarşı tətbiq edilmiş kimyəvi maddələrin nümunələri tarladan və anbardan müvafiq qaydada maddi sübut kimi götürülmüş, iş üzrə məhkəmə-tibbi, məhkəmə-kimyəvi və digər ekspertizalar təyin edilib.

Zəhərlənən 24 nəfərdən 2-nə ilkin tibbi yardım göstərilərək evə buraxılmış, 4-nün vəziyyəti ağır olduğundan təcili olaraq Bakı şəhərinə gətirilərək Toksikologiya Mərkəzinə yerləşdirilib. Hazırda xəstələrin vəziyyəti qənaətbəxşdir.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir, gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədi ilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verilib.

Görülmüş işlər barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

***

Günün aktual xəbərlərinin icmalı:

Tarix
2018.06.11 / 16:50
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xarici diplomlar hansı hallarda tanınır? - Video

Turizmlə bağlı unikal təklif: Turistlər yemək hazırlayacaq

Kəlbəcər girovunun oğlu evləndi, ancaq...

Nazir müavini: DİN-nin saxlama yerlərində belə hal baş verməyib

Prezident sərəncam imzaladı

“Bakcell” bu müraciətlərə görə ən yüksək nəticə göstərdi

“Nar” bu abituriyentləri mükafatlandıracaq

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?

Ramil Usubov İsraildə: mühüm görüşlər...

Nazirin işdən çıxartdığı rəis danışdı: Səbəb odur ki...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla