Yuxarı

21 notariusun fəaliyyəti dayandırıldı - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyində nazir müavini Toğrul Musayevin yeni təyin olunan notariuslarla görüşü olub.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a verilən xəbərə görə, görüşdə dövlət başçısının andiçmə mərasimində proqram xarakterli nitqindən irəli gələn vəzifələr və verdiyi tapşırıqlar diqqətə çatdırılaraq işin müasir tələblər səviyyəsində qurulması, texnoloji yeniliklərin daim mənimsənilməsi, insanlara keyfiyyətli hüquqi xidmətin göstərilməsi vurğulanıb. Bildirilib ki, ötən dövrdə bir sıra notariuslara işindəki qüsurlara görə xəbərdarlıq edildiyi, fəaliyyətində yol verdiyi ciddi nöqsanlara, habelə müsahibələrdə müvafiq bilik nümayiş etdirə bilmədiklərinə görə 21 nəfərin fəaliyyətinə xitam verildiyi qeyd olunaraq yeni notariuslara xidməti vəzifələrini layiqincə yerinə yetirmələri, etik davranış qaydalarına dönmədən əməl olunmaları barədə tövsiyə və tapşırıqlar verilib, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına əminlik ifadə olunub.

Sonda notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq üçün şəhadətnamələr təqdim edilib.

Notariuslar nazirlikdə Heydər Əliyev muzeyi və Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Tarix
2018.06.12 / 23:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla