Yuxarı

Media ilə əməkdaşlığa güvənirik – Gömrük şefi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Gömrük Komitəsi jurnalistlər üçün “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları" mövzusunda seminara start verib.

Axar.az xəbər verir ki, seminarda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Mətbuat şurasının sədri Əflatun Amaşov, Gömrük Komitəsinin müvafiq strukturlarının rəhbərləri və jurnalistlər iştirak edir.

Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev deyib ki, 26 ildir fəaliyyət göstərməsinə baxmayaraq, Gömrük Komitəsi böyük və uğurlu yol qət edib:

"Media ilə əməkdaşlığımıza güvənirik. Ümid edirəm ki, çoxfunksiyalı gömrük qurumlarının gördüyü işləri işıqlandırmaq üçün sizlərə sərhəd-keçid məntəqələrində şərait yaradılacaq. Bu istiqamətdə gömrük orqanlarının fəaliyyətinə şahid ola biləcəklər. Jurnalistlər 3-4 saat ərzində hətta "gömrükçü" kimi çalışa bilərlər. Biz hər il 5 milyon 400 min insana xidmət edirik".

Daha sonra Mətbuat Şurasını rəhbəri Əflatun Amaşov çıxış edərək gömrük qurumlarının jurnalistlərə təşkil etdiyi maarifləndirici seminarların önəmli olduğunu deyib:

"Bir qrup jurnalistlərin bu seminarlara cəlb olunması eyni zamanda onların bu sahədən daha ixtisaslaşmış şəkildə yazmalarına şərait yaradacaq. Düşünürəm ki, bu, qurumlar üçün də önəmlidir. Zənnimcə, səfərlərin artırlması da diqqətdə saxlanılmalıdır. Xüsusilə Gürcüstan, İran istiqamətinə jurnalistlərin media turlarının təşkili daha yaxşı olardı".

Tarix
2018.06.13 / 10:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla