Yuxarı

Evləndikləri gün öldülər - Bakıda dəhşətli hadisə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində - Müşfiqabad qəsəbəsində 50 DF 025 nömrəli KamAZ-la toqquşan VAZ-2106 markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili Şəmkirdən gəlirmiş. Belə ki, Xaçmaz rayon sakini, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu minik avtomobili ilə Şəmkirdən qayıdarkən sübh saatlarında qəzaya düşüb.

Bildirilir ki, Rahid Şahmuradov Xaçmazda yaşayırmış və bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Bu yaxınlarda qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə R.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib. Maşınla Bakıya daxil olmadan Quba-Xaçmaz istiqamətinə daha qısa və rahat getməyə imkan yaradan yola daxil olan R.Şahmuradov 5-ci kilometrlikdə avtomobili Taleh Ağayevin sürdüyü KamAZ-a çırpıb. Zərbənin gücündən sürücü ilə yanaşı, yeni ailə qurduğu G.İsmayılova və qadının 4 yaşlı övladı İsmayılov Mustafa Saleh oğlu hadisə yerində vəfat edib.

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Tarix
2018.06.13 / 15:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla