Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Yanvar 2019


Bakıda yanan zavodla bağlı yeni xəbər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

5:48

Bakıda, Baş Dövlət Yol Polisi binasının arxasında zavod yanır.

Axar.az xəbər verir ki, yanğın Xırdalan şosesindəki "Panda boyası" zavodunda baş verib.

Hazırda əraziyə FHN-in yanğınsöndürmə qüvvələri cəlb olunub.

***

FHN Bakıda boya sexində baş vermiş güclü yanğınla bağlı məlumat yayıb.

Məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu ərazisində boya sexində yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir. Yanğın məhdudlaşdırılıb.

Ətraf ərazilərə təhlükə yoxdur. Əlavə məlumat veriləcək.

***

Bakıda boya sexində baş vermiş yanğın söndürülüb.

Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda ümumi sahəsi 1700 m² olan boya istehsalı sexinin ərazisinə yığılmış 174 ədəd (hər birinin həcmi 200 litr) olan boya çəlləklərinin 104 ədədi, sexin tavanına vurulmuş şüşə-pambıq üzlüyü 750 m², 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağın yanar konstruksiyaları və içərisinə yığılmış 2 ədəd (həcmi 3 m³) alkid və 1 ədəd (həcmi 5 m³) olan sintetik tiner məhlulu çəlləkləri, 2 ədəd dəzgah və 3 ədəd avtokarın təkərləri yanıb.

Sexin qalan hissəsi və digər çəlləklər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Tarix
2018.06.13 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Azərbaycanın axtarışa verdiyi şəxs Moskvada tutuldu

“Quş qripi” nə görə başlayan monitorinq başa çatdı

XİN-də 20 yanvar faciəsi anıldı

Diqqət: Bu yol nişanlarında dəyişiklik edilir

Əhali bir ildə ərzaq, içki və siqaretə 18,6 milyard xərclədi

Şamaxıya gedən sürücülərin diqqətinə - Video

20 Yanvar dönüş nöqtəsi oldu - Gürcü deputat

Qorbaçov komandası erməniləri himayə edirdi - Səfir

Deputatdan antibiotiklərlə bağlı - SOS

DİM xəbərdarlıq etdi: Qeydiyyat başa çatır

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla