Yuxarı

"Bakcell" bu insanlara dəstək göstərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Göyçay və Zaqatalada baş vermiş təbii fəlakətdən zərər çəkmiş bölgələrin sakinlərinə dəstək məqsədilə bir sıra tədbirlər həyata keçirib.

Axar.az xəbər verir ki bir müddət əvvəl Göyçay rayonunda baş vermiş güclü sel və Zaqatalada baş vermiş zəlzələ ilə əlaqədar olaraq “Bakcell” şirkəti həmin bölgələrdə yaşayan Bakcell abunəçilərinə ölkə daxilində bütün istiqamətlərə zənglər üçün pulsuz 150 dəqiqə təqdim edib. Dəqiqələrin istifadə müddəti 15 gün təşkil edir.

Həmçinin, “Bakcell” şirkətinin nümayəndələri Zaqatala rayonuna səfər edib və qarşıdan gələn müqəddəs Ramazan bayramı ilə əlaqədar olaraq aztəminatlı və imkansız ailələrə bayram sovqatı paylayıblar.

Özünün genişmiqyaslı korporativ sosial fəaliyyətinə görə seçilən “Bakcell” şirkəti, Azərbaycan əhalisinin sosial müdafiəsi baxımından əhəmiyyətli olan layihələri daim diqqət mərkəzində saxlayır. “Bakcell” insanların sosial rifahının yaxşılaşdırılmasına xidmət edən Korporativ Sosial Məsuliyyət layihələri və xeyriyyə təşəbbüsləri həyata keçirir.

Tarix
2018.06.13 / 18:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla