Yuxarı

Fuad Muradov Marneulidə: azərbaycanlılarla görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Gürcüstan parlamentinin deputatları Savalan Mirzəyev, Mahir Dərziyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Marneuli bələdiyyəsinin sədri və digər rəsmi şəxslər iştirak ediblər.

Komitə sədri ölkələrimiz arasında tarixən mövcud olan dostluq əlaqələrindən söz açıb, soydaşlarımızın bu dostluğun daha da möhkəmlənməsindəki rolundan danışıb. Bildirib ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin siyasi, iqtisadi həyatında fəal rol oynayırlar.

Fuad Muradov Prezident İlham Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından söz açıb, bu səfərin də məhz dövlətimizin başçısının tapşırığına əsasən həyata keçirildiyini vurğulayıb. Bildirib ki, məqsəd azərbaycanlıların qayğıları ilə maraqlanmaq, Gürcüstan dövləti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində onlara kömək göstərməkdir.

Sonra Gürcüstan Ağsaqqallar Şurasının sədri İsaq Novruzov, Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, gaxa.ge saytının baş redaktoru, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə, jurnalist Akif Xansultanlı, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının sədri Əli Bədirov və başqaları çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafına dair fikirlərini bölüşüb, rəy və təkliflər irəli sürüblər.

Komitə sədri Fuad Muradov, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov azərbaycanlıların qaldırdıqları məsələlərə münasibət bildiriblər.

Komitə sədri Marneulidəki “Çay evi”ndə şahmat məktəbinin, gənc istedadların əl işləri ilə tanış olub, əlillərə əlil arabaları təqdim edib.

Daha sonra F.Muradov Marneulinin Kəpənəkçi kəndində ustad aşıq Kamandar Əfəndiyevin Ev Muzeyində olub. Türkiyənin və Azərbaycanın Gürcüstandakı səfirlərinin də iştirak etdikləri tədbirdə Azərbaycan-Gürcüstan münasibətlərinə bir daha nəzər salınıb, əlaqələrimizin inkişaf perspektivlərindən danışılıb.

Fuad Muradov Marneulidə təşkil olunmuş iftar süfrəsində də iştirak edib.

Tarix
2018.06.13 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla