Yuxarı

Azərbaycanın adı dəyişdirilsin - Təklif

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan dövləti İrana qarşı həddindən artıq təmkinli davranır. Bizim ictimai rəydə də, İrana qarşı aqressiya yoxdur.

Axar.az xəbər verir ki, İranda Güney Azərbaycandan olan milli fəalların həbs edilməsi ilə bağlı Teleqraf.com-a danışan “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət belə deyib.

İran Azərbaycanın bu xoş niyyətinin anlayacaq dövlət olmadığını deyən Azər Həsrət qeyd edib ki, İranı idarə edənlərin təfəkkürü Azərbaycan və bu ölkədə yaşayan insanların onlara qarşı olan loyal davranışlarını qiymətləndirmək səviyyəsində deyil:

“Amma İran hələ də Azərbaycanın bir hissəsini öz əsarəti altında saxlayır. Halbuki biz buna görə İrana qarşı üsyanda olmalıyıq, amma təmkinli davranırıq. Görünən isə budur ki, İranı idarə edən həmin adamlar bunu başa düşmürlər.

Buna görə də bu məsələ ilə mübarizəni ilk növbədə Azərbaycan Respublikasının adını dəyişdirilməsindən başlamaq lazımdır. Əgər bir ölkənin güneyi və quzeyi varsa, niyə Azərbaycan Respublikasının adını dəyişdirib Quzey Azərbaycan Respublikası qoymayaq? Hər addımda İrana diktə olunmalı və başa salınmalıdır ki, o bizim torpaqlarımızın bir hissəsini öz əsarəti altında saxlayır və o torpaqlarda yaşayan soydaşlarımıza qarşı repressiyalar həyata keçirir. Bu məsələni qlobal səviyyədə gündəmə gətirməliyik. İlk növbədə Azərbaycanın adı dəyişdirilməli və bu məsələnin birdəfəlik həlli üçün digər konkret addımlar atılmalıdır. Əks halda, İran hakimiyyətindən Güney Azərbaycanda yaşayan soydaşlarımıza normal münasibət gözləməyə dəyməz”.

Tarix
2018.06.14 / 01:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla