Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
17 Oktyabr 2018


Bu gün "Son zəng"dir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda 2017/2018-ci dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq.

Axar.az xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun “Son zəng” tədbiri haqqında imzaladığı əmrə əsasən, tədbir hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunmalıdır.

2017-2018-ci tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

2017-2018-ci tədris ilində ölkə üzrə 4442 ümumi təhsil məktəbində fəaliyyət göstərən 4767 məktəbəhazırlıq qrupunu 93 960 uşaq başa vurub. Növbəti tədris ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına respublika üzrə cəlb olunacaq uşaqların sayının beşyaşlıların 75 faizini təşkil edəcəyi proqnozlaşdırılır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.

2018-2019-cu tədris ilində Azərbaycanın ümumtəhsil məktəblərinin I siniflərinə 165 780 uşağın qəbulu proqnozlaşdırılır.

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tarix
2018.06.14 / 01:25
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bayıl sürüşməsi: son durum açıqlandı

Bakıda yeni yağış-kanalizasiya xətləri çəkilir - Foto

AzerTelekom beynəlxalq sərgidə - Foto

Azərbaycan bu jurnalistləri qara siyahıya salır

Azərbaycanda 5 min eşşək yoxa çıxdı

Daha bir sürüşmə: bu dəfə yol... - Video

Ağacdan yıxıldı, öldü

Gömrükçülər ölkəyə silah gətirən şəxsi tutdular

Köçəri Sumqayıt qətlə yetirildi

Həmin vaxt Bakıda küçəyə çıxmaq olmurdu - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla