Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Azərbaycan bayrağı Filadelfiyada ucaldıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari ilin 8 iyun tarixində ABŞ-ın tarixi şəhərlərindən biri olan, Filadelfiya şəhərində AXC-nin 100 illiyi ilə əlaqədar olaraq Filadələfiya şəhərinin ən məşhür tarixi məkanı olan şəhər meriyasının binası qarşısında Azərbaycan Respublikasının dövlət bayrağının ucaldılıması mərasimi keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Axar.az-a verilən məlumata əsasən, tədbir Pensilavaniya ştatında yaşayan Azərbaycan icmasının fəalları və Filadelfiya şəhər Meriyasının birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Azərbaycan icması, Filadelfiya şəhər meriyası və Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin nümayəndələri iştirak edib.

Tədbirdə Amerika Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri çıxış edərək AXC-in yaranma tarixi barədə məlumat verdi. Azərbaycanın hazırda güclü və müstəqil dövlət olduğunu qeyd etdi və hər bir azərbaycanlının dövləti ilə fəxr etdiyini qeyd etdi.

Daha sonra Filadelfiya şəhər Merinin köməkçisi Shila Hass çıxış ederək tarixi gün münasibətilə Pensilavaniya ştatında yaşayan Azərbaycan icmasının nümayəndələrini təbrik etdi və Filadelfiya şəhər meri Jim Kenni tərəfindən 28 may 2018-ci il tarixinin Filadelfiya şəhərində Azərbaycan Xalq Cumhuriyyəti günü elan edilməsi barədə bəyannaməni tədbir iştırakçılarına elan etdi.

ABŞ-ın Pensilvaniya ştatında yaşayan Azərbaycan icması fəalları adından çıxış edən Gülər Mehdiyeva göstərilən diqqətə görə Filadelfiya şəhər Meriyasının nümayəndələrinə və təbdirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.

Sonda məşhur müsiqişunas Amerikalı Cefri Verbok tərəfindən klassik muğam musiqi parçaları təbir iştirakçılarına ifa edildi. İcma fəalları Zamin Əkbərov və Rövşən Səfərov tərəfindən Azərbaycan milli rəqsləri və musiqisi təbir iştirakçılarına təqdim edildi. Skripka ifaçısı Azər Dəmirov tərəfindən Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəyovun “Arazbari” musiqisi tədbir iştirakçılarına ifa edildi.

Tarix
2018.06.14 / 09:14
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Xarici diplomlar hansı hallarda tanınır? - Video

Turizmlə bağlı unikal təklif: Turistlər yemək hazırlayacaq

Kəlbəcər girovunun oğlu evləndi, ancaq...

Nazir müavini: DİN-nin saxlama yerlərində belə hal baş verməyib

Prezident sərəncam imzaladı

“Bakcell” bu müraciətlərə görə ən yüksək nəticə göstərdi

“Nar” bu abituriyentləri mükafatlandıracaq

16 yaşlı qızın şok videosu: TV-lər nəyi təbliğ edir?

Ramil Usubov İsraildə: mühüm görüşlər...

Nazirin işdən çıxartdığı rəis danışdı: Səbəb odur ki...

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla