Yuxarı

Bu fakt ciddi narahatlıq doğurur – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Bankir Qadınlar Klubunda bankir qadınlarla görüş keçirib.

Axar.az xəbər verir ki, deputat görüş zamanı qadınların cəmiyyətdə toxunmalı olduğu aktual mövzulardan və dəstəyə ehtiyacı olan sahələrdən danışıb.

“Bankir Qadınlar Klubu da öz növbəsində anlamalıdır ki, dövlətlə yanaşı, vətəndaş cəmiyyətində ayrı-ayrı aktiv, mütərəqqi qruplar bu sahələrin inkişafında öz töhfələrini verməli, vətənpərvərlik borclarını yerinə yetirməlidirlər”, - millət vəkili deyib.

Qadın haqlarının müdafiəsi, gender bərabərliyi, qızların təhsili, qadına qarşı zorakılıqla mübarizə istiqamətində uğurların əldə edilməsində dövlət siyasətinin önəmli yer tutmasının vacibliyini vurğulayan deputat Azərbaycanda bu istiqamətdə həyata keçirilən dövlət siyasəti, əldə edilən uğurlar və həllini gözləyən problemlər barədə danışıb.

Q.Paşayeva qeyd edib ki, gender bərabərliyi məsələsinə diqqət daha da artırılmalıdır:

“Dövlət qurumları, qeyri-hökumət təşkilatları, mətbuat və media bu sahəyə daha həssas yanaşmalı və böyük maarifləndirmə işlərinin aparılmasına geniş dəstək verməlidir. Toplumun və dünyanın inkişafı qadınların təhsilindən və inkişafından keçir. Zorakılığa məruz qalan qadınların əksəriyyətini təhsilsiz qadınlar təşkil edir. Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların sayı artır. İnsan alveri qurbanlarının əksəriyyətini qadınlar təşkil edir. Bundan başqa bu gün qadınlara qarşı məişət zorakılığı ilə mübarizə sahəsində fəaliyyətimizi də gücləndirməyə ciddi ehtiyac var”.

Tarix
2018.06.14 / 13:40
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla