Yuxarı

Azərbaycan kabel ixracına başladı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada “Made in Azerbaijan” markasını təmsil edən Sumqayıt Texnologiyalar Parkı (STP) MMC Tacikistana növbəti dəfə məhsul ixracını həyata keçirib.

Axar.az xəbər verir ki, bu gün STP sifarişçiyə Tacikistanda “Roqun” Hidroelektrostansiyasının yenidənqurulmasında istifadə üçün böyük həcmdə iki növ kabel göndərib.

Texnoparkın tərkibində fəaliyyət göstərən dünyanın ən iri və yüksək texnologiyaya malik kabel zavodlarından biri ölkədə ilk dəfə olaraq xarici bazara 1 kV-dək olan alçaq gərginlikli və kontrol kabelləri ixrac edib.

Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib. STP -nin Kabel Zavodunda 28 min çeşiddə 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc naqilləri, stasionar və qeyri-stasionar qoyuluşlu, idarəetmə, XLPE, koaksial, gəmi, neft quyularında tətbiq olunan zirehli, müxtəlif növlü optik telefon, LAN, yüksək temperatura davamlı, qalayla örtülü damarlı torpaqlama kabellər istehsal olunur.

Tarix
2018.06.14 / 14:10
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla