Yuxarı

Azərbaycanın adı dəyişdirilsinmi? – Müzakirə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın adının dəyişdirilməsi məsələsi ətrafında ciddi müzakirə aparmaq lazımdır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa tanınmış jurnalist Azər Həsrətin ölkənin adının dəyişdirilərək “Quzey Azərbaycan” qoyulması barədə fikirlərinə münasibət bildirərkən deyib. O, vaxtilə bu məsələnin dəfələrlə gündəmə gətirildiyini söyləyib:

“Azərbaycanın adının dəyişdirilməsi ideyası lap əvvəldən səsləndirilib. Biz hələ tələbə olanda Güneyi fərqləndirmək üçün “Şimali Azərbaycan Azad Tələbə İttifaqı” yaratmışdıq. Bu, əslində taktiki addımlardan biri hesab oluna bilər. Amma indiki şərtlərdə bu mərhələyə gəlmək üçün daha da güclənməyimiz lazımdır. Başqa güclərin qarşısında duruş gətirəcək qədər qüvvətləndikdən sonra belə iddialar barədə düşünmək olar”.

Millət vəkili ad dəyişmək məsələsinin iki ölkə münasibətlərinə təsir göstərəcəyini də istisna etməyib:

“Dövlətimizin adının dəyişdirilməsi məsələsi Azərbaycanla İran münasibətlərinə müəyyən qədər təsir göstərə bilər. Amma əslinə qalsa, bu, Azərbaycanın daxili məsələsidir. Biz istənilən adı götürə bilərik, İranın buna qarışmağa ixtiyarı yoxdur. Onsuz da orada Qərbi Azərbaycan, Şərqi Azərbaycan ostanları var. Əgər İranın özündə belə adlar varsa, bizdə niyə də olmasın? Sadəcə, bu məsələyə dirəniş göstərən qüvvələrə cavab verəcək gücdə olmağımız nəzərə alınmalıdır. Ona görə də sözügedən məsələnin gündəmə gətirilməsi və tətbiqinə tələsməməliyik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədrinin müavini, politoloq Elçin Mirzəbəyli isə Azərbaycanın adının dəyişdirilməsi təklifini müsbət qiymətləndirib. O, hər hansı bir ölkənin adının dəyişdirilməsinin çətin bir proses olduğunu deyib:

“Bundan öncə Azərbaycanın adının dəyişdirilməsi, ölkəmizin Şimali Azərbaycan Respublikası adlandırılması təşəbbüsü ilə çıxış etmişik. 2013-cü ilin prezident seçkilərində bu, BAXCP-nin seçki platformasının əsas devizlərindən biri idi. Şübhəsiz ki, bu, tarixi reallıqları əks etdirən bir təşəbbüsdür.

Amma hazırda Azərbaycan Respublikası artıq BMT-yə, eləcə də bütün digər beynəlxalq təşkilatlara bu adla üzv olub. Adın dəyişdirilməsi həddən artıq mürəkkəb prosedurdur. Təbii ki, əgər İran dövlətinin ərazisində tarixi torpaqlarında yaşayan azərbaycanlılar öz iradələrini ortaya qoyub milli haqlarını tələb etsələr, o zaman bütün bu məsələlərə tarixin özü aydınlıq gətirəcək”.

Qeyd edək ki, “Yeddi Dövlət – Bir Millət” Konseyinin başqanı Azər Həsrət Güney Azərbaycanın haqqının qorunması üçün Azərbaycan Respublikasının adının dəyişdirilərək, Quzey Azərbaycan Respublikası adlandırılmasını təklif edib.

Tarix
2018.06.14 / 14:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla