Yuxarı

Fitr bayramı: zəkat necə çıxarılmalıdır? - İlahiyyatçı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslam dinində müqəddəs günlərdən, bayramlardan biri də Fitr bayramıdır. Fitr bayramı mübarək Ramazan ayının bitməsini bildirən bayramdır.

İlahiyyatçı Hacı Fəxri Sadıqov Report-a açıqlamasında bildirib ki, Fitrə zəkatı Ramazan bayramının axşamı günəşin batdığı vaxt ailə başçısının öhdəsində olanların adından çıxardığı bir zəkatdır: “Fitr sözünün ərəb dilində mənası “Yaradılış” yəni Yaradılışa qayıdış anlamına gəlir. Çünki Mübarək Ramazan ayı boyunca oruclu müsəlman yemir, içmir və hökmlərə riayət etməklə sanki mələk timsalına bənzəyir.

Bayramın bitməsi ilə yenidən insan fitrətinin bioloji qanunları olan gündəlik normal qidalanma halına qayıdır. Bu bayramın axşamı və günü bir neçə göstərişlər vardır ki, onları qeyd etməyi özümüzə borc bilirik.

Hər bir müsəlmanın, istər ibadət əhli olsun istərsə də ibadət əhli olmasın, fitrə zəkatını verməsi vacibdir”. F.Sadiqov vurğulayıb ki, Fitrə zəkatını imkansız və ailəsinin dolanışğını çətin əldə edən şəxsə vermək lazımdır: “Bu şəriət göstərişi insanın il boyu istifadə etdiyi arpa, buğda, xurma, kişmiş, düyü və qarğıdalı məhsulunun hər adam başına 3 kq ölçüsü ilə çıxarılır. Fitrə zəkatını müsəlmanın növbəti Ramazana kimi canının təminatı kimi də başa düşmək olar. Qeyd olunan vaxtda onun evinə gələn qonağın da fitrə zəkatını verməsi ev sahibinin öhdəsində olur. Aşkarda günah edən şəxsə (şərab içən, qumar və bu kimi haram yollara aludə olanlara) fitrə vermək olmaz. Əgər belə bir şəxsə fitrə verilsə, o fitrəni yenidən çıxardıb əsl sahibinə (fəqirə) vermək lazımdır”.

İlahiyyatçının sözlərinə görə, illik xərclərə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək qazancı olmayan bir şəxs fəqirdir və həmin şəxsin fitrə zəkatını verməsi vacib deyil: “Fitr bayramı günündə bayram namazı qılınır. Fitr bayramının namazı camaatla məsciddə qılmaq bəyənilmiş hesab edilir. Bayram namazının vaxtı da gün çıxandan günortaya kimidir. Bayram günü müsəlman ətirlənib təzə paltarını geyib uca Allahı həmd-səna edə-edə bayram namazına getməsi bəyənilmiş hesab edilir. Mübarək Ramazan bayramı günündə valideynləri, kimsəsizləri axtarmaq, dünyasını dəyişənləri və şəhidləri yad etmək də savab əməllərdən hesab edilir. Qısası o günü Allahın buyurduğu hər hansı gözəl əməlləri icra etmək insana savab gətirər. İnşallah Mübarək Ramazan Bayramı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) verdiyi fətvayə əsasən iyunun 15-də qeyd ediləcək. Bayram namazı da məscidlərdə saat 09:00-dan qılınmağa başlanacaq”.

Tarix
2018.06.14 / 15:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla