Yuxarı

FHN-də ABŞ generalları ilə görüş - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində ABŞ-ın Oklahoma ştatının Milli Qvardiyasının komandanı general-leytenant Maykl Tompsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

FHN-dən Axar.az-a verilən məlumata görə, fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə Nazirliyin fəaliyyət istiqamətləri və iş prinsipləri, strukturu və qurumları haqqında, həmçinin ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib.

FHN-in beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq qurumları ilə yüksək səviyyəli əməkdaşlıq etdiyini vurğulayan nazir müavini dövlət başçısı İlham Əliyevin göstərişi ilə təbii fəlakətlərlə üzləşmiş bir çox dövlətlərə, o cümlədən Rusiya, Türkiyə və İsrailə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində hərtərəfli köməklik göstərildiyini, bəzi ölkələrə isə humanitar yardımlar çatdırıldığını bildirib.

Sonra qonaqlar nazirliyin fəaliyyətindən bəhs edən filmi izləyiblər. Görüşdə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi, polkovnik Adil Abdullayev qonaqlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verib.

Tədbirdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tarix
2018.06.14 / 17:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla