Yuxarı

16 yaşlı çempionumuzun daha bir uğuru - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Orucov bu il Soçidə 16-17 yaşlı yeniyetmələr arasında keçirilən yarışlarda 75 kq çəki dərəcəsində pauerliftinq idman növü üzrə qızıl medal qazanıb.

Bu barədə Axar.az-a açıqlama verən E.Orucov bildirib ki, bu qalibiyyəti ilə o yaşıdları arasında Açıq Avropa Çempionu adını qazanıb. O, qalibiyyətində müəlliminin çox böyük rolu olduğunu deyib:

“3 il bundan əvvəl müəllimim pauerliftinq üzrə dünya çempionu Gündüz İsmayılov məni bu idman növünə həvəsləndirib. Düzü, müəllimim məni tapıb. Bu idmanla məşğul olmaq nəinki təhsilimə mane olur, hətta müəyyən qədər kömək edir. İdmançı olduğuma görə məktəbdə müəllimlər də müəyyən qədər güzəşt edirlər. Bundan sonra əsas məqsədim daha böyük qalibiyyətlər əldə etməkdir. Çalışacağam ki, müəllimimin də başını uca edim”.

Qeyd edək ki, E.Orucov 2017-ci ilin iyun ayında Gürcüstanın paytaxtı Tiflisdə keçirilən yarışlarda qalib gələrək, dünya çempionu adını qazanmışdı.

Tarix
2018.06.14 / 17:48
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla