Yuxarı

Alman professor ADU-da - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Germanistika İnstitutunun fəaliyyəti ilə bağlı mətbuat konfransı keçirilib.

Axar.az xəbər verir ki, konfransda çıxış edən Germanistika İnstitutunun rəhbəri, Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman paytaxtımıza heyranlığını gizlədə bilməyib:

“Birinci dəfə Bakıya gələndə şəhərin görünüşündən valeh olmuşdum. Orta əsrlər İçərişəhəri, Xəzər dənizi və tamamilə yeni şəhər - bunların vəhdəti əfsanəvi bir təsir bağışlayırdı. Azərbaycanlıların qonaqpərvərliliyi çox möhtəşəmdir və müqayisəolunmazdır. Mən burada özümü evimdəki kimi hiss edirəm. Artıq Bakı mənim ikinci vətənimdir. Burada mənim çoxlu dostlarım var”.

ADU ilə əməkdaşlığından danışan Z.Hartman bu universitetin rektoru, akademik Kamal Abdulla ilə birgə hər iki ölkənin ədəbiyyatı və mədəniyyəti üçün əhəmiyyətli layihələr həyata keçirdiklərini söyləyib:

“İlk dəfə Azərbaycana 2007-ci ildə akademik Kamal Abdullanın dəvəti ilə gəlmişəm. Gəldikdən sonra “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” dastanının müqayisəli şəkildə beynəlxalq arenada tədqiqinə başlamışıq. Birinci konfransımız Almaniyanın Mayns şəhərində, digər iki konfrans isə Bakıda keçirildi. Bu konfranslarda azərbaycanlı və alman mütəxəssislərlə yanaşı, dünyanın bir çox ölkəsindən nümayəndələr iştirak edirdi. Tədbirlərdə əldə edilən nəticələrin hər biri üç cilddə çap olunub. O cildlərin biri Almaniyada, ikisi isə Azərbaycandadır”.

Konfransın sonunda isə Germanistika İnstitutunun fəaliyyəti və əsas prinsipləri barədə məlumat verən Z.Hartman azərbaycanlı və alman tələbələrin mübadiləsinin həyata keçirilməsi istiqamətində əməkdaşlıq perspektivlərindən də söz açıb.

Tarix
2018.06.14 / 20:21
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla