Makron “təmizə çıxmaq” üçün son kartını oynayır...
22:05
Ana səhifə Toplum |
Müqəddəs Ramazan bayramı ilə əlaqədar bu gün səhər Azərbaycanda fəaliyyət göstərən məscidlərdə bayram namazı qılınıb.
Axar.az xəbər verir ki, yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Ulu Tanrıdan mərhəmət, əmin-amanlıq və ruzi bərəkət dilənilib.
Təzəpir məscidində qılınan namazda Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Şeyxülislam bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Tarix
2018.06.15 / 10:00
|
Müəllif
Axar.az
|