Yuxarı

Paşayeva Qurtuluş Günü tədbirində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzda Milli Qurtuluş Günü və Ramazan bayramı münasibəti ilə böyük tədbir və konsert proqramı keçirilib.

Axar.az xəbər verir ki, bayram tədbirində rayon icra başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Qənirə Paşayeva, çox sayda rayon ziyalıları, sakinləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil və gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad edib. Tədbirdə çıxış edən rayon icra başçısı Məmməd Məmmədov bildirib ki, 15 iyun xalqımızın tarixinə qızıl hərflərlə yazılıb.

Millət vəkili Qənirə Paşayeva Milli Qurtuluş günü, onun tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa çağırıb.

Q.Paşayeva deyib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:

“Bunun üçün biz hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. İnanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bu gözəl bayramlarımızı o gözəl torpaqlarımızda da keçirəcəyik”.

Tədbir Bakıdan gəlmiş tanınmış sənətçilərin, yerli musiqi qruplarının və istedadlı balacaların ifasında maraqlı konsert proqramı ilə davam edib.

Tarix
2018.06.16 / 13:00
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla