Yuxarı

Sürücü buna görə cərimələnə bilməz - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sürücü görə bilmədiyi, qavramadığı yol nişanının müəyyən etdiyi qadağanı və ya qaydanı pozduğuna görə məsuliyyətə cəlb oluna bilməz.

Axar.az xəbər verir ki, bunu hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov yol kənarında quraşdırılan "dayanmaq olmaz" nişanının ağacların arasında qalaraq görünməməsi səbəbindən avtmobilini həmin yerdə saxladığı üçün sürücünün cərimə edilməsindən danışarkən deyib.

Cərimələnən sürücü İstiqlaliyyət küçəsində yol kənarında avtomobillərin dayandığını nəzərə alaraq, müvəqqəti olaraq maşını həmin yerə park edib. Sürücü bildirib ki, park etməzdən öncə ərazidə saxlama-durmanı qadağan edən yol nişanının olub-olmamsına baxsa da, heç bir yol nişanı gözə dəyməyib. Bu səbəbdən avtomobilini orada saxlayıb. Lakin ağacların arasında gizlənmiş yol nişanına görə sürücü 20 manat cərimələnib.

Hüquqşünas Ə.Hüseynov bildirib ki, sürücü ona yazılan cərimə ilə bağlı şikayət edə bilər:

"Sürücüyə məsləhətim odur ki, şikayət etsin, görək onu araşdıranlar nə deyəcək? Şübhəsiz ki, sürücü görə bilmədiyi, qavramadığı nişanın müəyyən etdiyi qadağanı və ya qaydanı pozmaya görə məsuliyyətə cəlb oluna bilməz".

Tarix
2018.06.19 / 11:47
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla