Yuxarı

Nazir zəhərlənən işçilərə baş çəkdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:09

İmişli rayonunda pambıq sahəsində işçilər zəhərlənib.

Axar.az Report-a istinadıa xəbər verir ki, rayondakı pambıq tarlalarında becərmə işləri aparan işçilər zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla işçi İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

***

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.

Məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

***

İmişli Rayon Xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-ya verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib:

"Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur".

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: "Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə bildirib ki, nazirliyin mütəxəssisləri, şöbə və xidmət rəisləri əraziyə ezam olunub: " Araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Kənd təsərrüfatı naziri İnam Kərimov, baş prokurorun birinci müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerində olublar. Onlar zəhərlənən fəhlələrə baş çəkiblər.

Nazir İnam Kərimov bildirib ki, həm bu gün İmişlidə baş vermiş hadisə, həm də bundan əvvəl Saatlı və Tərtərdə pambıq sahəsində baş verənlərlə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanıb, hadisənin əsl səbəbi araşdırılır:

"Bu məsələ birbaşa cənab prezidentin nəzarətindədir. Hazırda Kənd Təsərrüfatı Nazirliyinin, Baş Prokurorluğun, Qida Təhlükəsizliyi Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bu rayona ezam olunub".

Nazir qeyd edib ki, pambıq texniki bitkidir: "Pambığın ərsəyə gəlməsi üçün həşəratlara qarşı kimyəvi maddələrin tətbiqi qaçılmazdır, zəruridir. Amma burada özəl şirkətlərin də üzərinə ciddi öhdəlik düşür. Özəl şirkətlər və fermerlərin həm biçində, həm də qulluqda texniki təhlükəsizlik qaydalarına ciddi riayət etməklə bağlı məsuliyyəti var. Həmçinin, dərmanların keyfiyyəti ilə bağlı məsələ də araşdırılır. Biz istintaqın nəticələrini gözləməliyik. Ehtimala görə, bu hadisələr idxal olunan dərmanların keyfiyyəti və yaxud özəl şirkətlər tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmamasından baş verə bilər".

İ. Kərimov deyib ki, nazirlik bununla bağlı son günlər ciddi xəbərdarlıq edib.

Nazir onu da qeyd edib ki, bu il iyulun 1-nə qədər fitosanitar sahədə dərman preparatlarının idxalına Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, bundan sonra isə Qida Təhlükəsizliyi Dövlət Agentliyi icazə verəcək.

Nazir bildirib ki, zəhərlənən şəxslərin vəziyyəti normaldır: "Çox şükür ki, hər şey qaydasındadır. Xəstələrin vəziyyəti normaldır. Onlar yəqin ki, bu gün evlərinə buraxılacaq".

Qeyd edək ki, bundan öncə Saatlı və Tərtərdə pambıq tarlasında kütləvi zəhərlənmə baş verib.

***

İmişlidə pambıq tarlasında zəhərlənənlərin əksəriyyəti evə buraxılıb, hazırda xəstəxanada 7 nəfər qalıb.

Onlardan heç birinin vəziyyətində ağırlaşma qeydə alınmayıb.

Bakı Toksikoloji Mərkəzdən İmişliyə ezam olunan həkim briqadasının rəyinə görə, yardım olunan xəstələrdən heç birinin evakuasiyaya ehtiyacı yoxdur: "Müraciət edənlərin bir çoxu panik həyacan halında xəstəxanaya müraciət ediblər".

Hazırda xəstəxanaya olan şəxslərin yaxın saatlarda və ya sabah evə buraxılacağı gözlənilir.

Qeyd edək ki, bütün yardım olunan xəstələrdən sidik və qan analizləri götürülərək toksikoloji laboratoriyada analiz olunacaq.

***

Kənd təsərrufatı naziri İnam Kərimov İmişlinin Mərkəzi Rayon Xəstəxanasında (RMX) pambıq tarlasında zəhərlənən işçilərlə görüşüb.

REAL TV xəbər verir ki, nazir onların müalicə şəraiti və səhhəti ilə maraqlanıb.

Qeyd edək ki, bu gün İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. İmişli RMX-ya 50-yə yaxın zərərçəkən müraciət edib.

Kənd Təsərrufatı Nazirliyinin mütəxəssisləri araşdırmaların aparılması üçün hadisə rayonuna ezam olunub. Kənd təsərrufatı naziri İnam Kərimov da araşdırmalara rəhbərlik etmək üçün İmişliyə səfər edib.

Tarix
2018.06.19 / 19:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

Ceyhun Bayramov Türkiyə xalqını təbrik etdi

Şeytan yuvası yerlə-yeksan edildi - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla