Yuxarı

Zakir Həsənov yeni hərbi hissənin açılışında - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun hərbi hissələrində tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, iyunun 19-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yeni inşa edilən Raket və Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışında iştirak edərək ərazidəki qərargah, döyüş texnikaları üçün saxlanclar, əsgər yataqxanası, yeməkxana, sıra meydanı və digər obyektlərlə tanış olub.

Ali Baş Komandan cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıqları bir daha xatırladan Müdafiə naziri Ordumuza göstərilən diqqət və qayğının nəticəsi olaraq əldə edilən uğurları da xüsusi vurğulayıb.

General-polkovnik Z.Həsənov Raket və Artilleriya Qoşunlarının döyüşə hazırlıq səviyyəsinin artırılması və döyüş vasitələrinin effektiv istifadəsi ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Sonda şəxsi heyətlə birlikdə nahar edilib.

Tarix
2018.06.19 / 15:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla