Yuxarı

Keçid balı toplayan müəllim niyə kənarda qalır? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi yerdəyişmə ilə bağılı apellyasiya komissiyası yaratsın. Mənfi cavab almış şəxslərin müraciətlərinə yenidən baxılsın və səhhəti, ailə vəziyəti ilə bağlı müraciət edənlərə maksimum köməklik göstərilsin.

Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov müəllimlərin iş yerlərinin dəyişdirilməsi ilə bağlı danışarkən deyib. Ekspertin fikrincə, müəllimlərin yerdəyişmə müsabiqəsində bir sıra ciddi çatışmazlıqlar var:

"Bu ilin 4-11 iyun tarixlərində Təhsil Nazirliyi sisteminə daxil olan ümumtəhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üçün elektron sənəd qəbulu prosesi keçrildi. Müsabiqə nəticəsində 5857 nəfər iş yerinin dəyişdirilməsi üçün elektron müraciət edib və onlardan 1726 namizədin iş yerini dəyişməsinə razılıq verilib. Müəllimlərin işə qəbulu və yerdəyişməsinin mərkəzləşdirilmiş qaydada keçirilməsi son 10 ildə ölkə təhsilinin ən böyük uğurlarından biridir.

Amma yerdəyşmə müsabiqəsində bir sıra ciddi çatışmazlıqlar var. Birincisi yerdəyişmədə müsbət nəticə əldə edilməsi üçün ancaq Müəllimlərin İşə Qəbulu (MİQ) və Diaqnostik Qiymətləndirmə (DQ) balının rol oynaması həqiqətən də ehtiyacı olan şəxslərin yolunu bağlayır".

K.Əsədov bildirib ki, müraciətlər zamanı fərdi qaydada şəxslərin müraciətlərinə baxmaq lazımdır:

"Çünki DQ və ya MİQ balı keçid baldan aşağı olan və ya keçid balını toplayan, lakin daha yüksək ballıların seçilməsi nəticəsində kənarda qalan şəxslər var. Təəssüf ki, səhhəti, ailə vəziyyəti ilə bağlı yerdəyişməyə ciddi ehtiyacı olan şəxslərə müsbət cavab verilməyib.

Bundan başqa, müraciətinə müsbət cavab verilmiş müəllimin yeri bəzi hallarda vakansiyaya çıxarılsa da, o yer boş qalır və növbəti tədris ilində həmin yerdə ixtisaslı müəllim çatışmazlığı yaranır”.

Tarix
2018.06.20 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla