Ana səhifə Toplum |
Bu gün dələduzluq ittihamı ilə həbs edilən Azərbaycan Beynəlxalq Universitetinin müəllimi olmuş Afaq İbrahimova haqqında daha ətraflı məlumat yayılıb.
"Axar.az"a daxil olan məlumatda bildirilir ki, A.İbrahimova ABU-nun Aqronomiya fakültəsinin dekanı işləyib. Dekan vəzifəsinə adi şəxsin seçilmədiyini diqqətə çatdıran qaynağın sözlərinə görə, bu fakt A.İbrahimovanın Elşad Abdullayevin yaxın adamı olmasını təsdiqləyir.
A.İbrahimova vaxtilə ABU-ya "testdənkənar qəbul" əməliyyatlarında da iştirak edib. Mənbənin məlumatına görə, hazırda bir neçə şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən A.İbrahimovanın ABU maxinasiyalarında iştirak səviyyəsi də araşdırılacaq: "Dekan olduğu müddətdə ABU-dakı rüşvət mexanizmində yer alan bir şəxs kimi A.İbrahimova həddən artıq informasiyaya malikdir. İstintaqın gedişində onun cinayət işinin Elşad Abdullayevin cinayət işinə birləşdiriləcəyi gözləniləndir", - deyə mənbə qeyd edir.
Qaynağın sözlərinə görə, A.İbrahimova gecə yarıdan sonra, təxminən 01:00-da həbs olunub: "Çoxsaylı şikayət, dələduzluq maddəsi A.İbrahimovanın gecə yarı, qəflətən həbsi üçün kifayət deyil. Həbsin gecə yarı aparılmasının səbəbi A.İbrahimovanın ABU maxinasiyalarında iştirakını təsdiqləyən sənədləri əldə etməkdir".
Tarix
2013.11.29 / 11:40
|
Müəllif
Turqut
|