Yuxarı

Turizm təbliğini şortik davası heçə çıxardı? – Şərh

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtopa Oyunları, “Avroviziya” zamanı Azərbaycana Avropadan xeyli sayda turist gəlmişdi. Həmin oyunların hər ikisi də yay ayına təsadüf edirdi. Gələn turistlərin əksəriyyəti sort geyinirdi. Ancaq bir dəfə də bu geyim tərzinə görə kobud münasibət görən turistlə rastlaşmadıq. Halbuki bu turistlərin əksəriyyəti mütəmadi olaraq ictimai nəqliyyatdan istifadə edirdi. Bizim cəmiyyət adətən geyim tərzini deyil, etiket qaydalarına riayət etməyənləri, özünü apara bilməyən şəxsləri tənqid edir.

Bu sözləri Axar.az-a turizm eksperti Rəhman Quliyev şort geyindiyi üçün metroda gənc oğlanların və yaşlı xanımın tənqidinə məruz qalan xanımın yayılan videosu və şort geyinən şəxslərin tənqid edilməsinin avropalı turist axınına təsiri barədə danışarkən deyib.

Ekspert bildirib ki, avropalı turistlər bizim ölkədə kifayət qədər sərbəst ola bilir və heç vaxt tənqidə məruz qalmırlar. Çünki bütün etik normalara riayət edirlər:

“Bilirsiniz ki, turistlər, xüsusilə avropalı turistlər adətən etik qaydalara çox ciddi riayət edir. Hətta gün ərzində qısa idman şortu ilə küçədə idman edən turistlər indi də var ki, onlara qarşı da kobud münasibət sərgiləndiyini görə bilməzsiniz.

Diqqət etsəniz, görərsiniz ki, metroda baş verən hadisədə xanımın geyimi deyil, onun rəftarı və əyləşmə tərzi reaksiya doğurub. Cəmiyyətimiz geyimdə kifayət qədər azaddır, heç bir qadağa yoxdur. Amma bu azadlıq əxlaqsız geyim və tərz demək deyil.

İctimai yerlərdə geyim sərbəstliyi ayrı məsələdir, özünü apara bilməmək ayrı. Konkret bu məqamdan çıxış etsək, bizim ölkədə heç bir problem yoxdur. Ölkəyə istənilən ölkədən gələn turistlər hər cür açıq və sərbəst şəkildə geyinir. Buna görə onlara irad bildirən də olmayıb”.

Ekspertin fikrincə, Azərbaycana ərəb turistlərin axınının səbəbi heç də bizim ölkədə hicabsız gəzmək imkanlarının olması və yaxud sort ilə gəzənlərin tənqidə məruz qalması deyil:

“Bu gün ərəb ölkələrindən Azərbaycana turistlərin daha çox gəlməsinə səbəb heç də geyimlə bağlı hər hansısa səbəb deyil. Ərəb turist burada hicabla da gəzsə, hicabını çıxarıb, sort geyinsə də, heç bir kobud münasibət olmaz. Ərəblər bura geyimə görə gəlmir. Fikir verirsinizsə, onlar burada da öz geyimlərində gəzirlər, hicabı açmırlar. Bizim ölkədə ərəb turistləri cəlb edəcək çox şey var və o sıraya geyim sərbəstliyi daxil deyil.

Son yayılan videonun isə ölkəyə gələcək avropalı turist axınına təsir edəcəyini də düşünmürəm”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən dünyanın 151 dövlətindən ölkəmizə 630 mindən çox əcnəbi gəlib.

Turistlərin 27,4%-i Rusiyanın payına düşüb. Gürcüstan 22,1%, İran 15,8%, Türkiyə 11,6%, BƏƏ 4,7%, Ukrayna 1,9%, İraq 1,8% təşkil edib. Digər ölkələrin vətəndaşları 14,6%, vətəndaşlığı olmayanlar 0,1% olub.

Fars körfəzindən olan turist axınında artım müşahidə olunub. Belə ki, 2018-ci ilin birinci rübündə 2017-ci ilin analoji dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 7,1, Bəhreyn və Qətərdən gələnlərin sayı 2,7, Səudiyyə Ərəbistanı – 2,4, Oman- 1,9, İraq- 1,7, BƏƏ 1,3 dəfə artıb.

Hesabat dövründə Azərbaycana 18 600 avropalı gəlib ki, bu da turistlərin ümumi sayının 2,3%-ni təşkil edir.

Tarix
2018.06.20 / 13:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla