Yuxarı

Prezident dərhal göstəriş verdi: icra etməyən kimlərdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 19-da İmişlidə pambıq tarlasında baş verən kütləvi zəhərlənmə bu sahədəki vəziyyətin ürəkaçan olmadığından xəbər verir.

Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib.

BAXCP funksioneri iyunun 10-da Saatlı rayonundakı pambıq tarlalarının birində baş verən kütləvi zəhərlənmədən sonra dövlət başçısının gələcəkdə insanların həyat və sağlamlıqlarına təhlükə yarada biləcək bu qəbildən hadisələrin təkrarlanmaması məqsədilə müvafiq icra strukturlarına konkret tapşırıqlar verdiyini xatırladıb:

“Lakin buna baxmayaraq, lazımi tədbirlər görülmədi və kütləvi zəhərlənmə faktı yenidən, həm də iki dəfə - Tərtər və İmişlidə təkrarlandı. Bu isə cavabdeh qurumların öz işlərinə səhlənkar yanaşdığının, vəzifələrinin və verilən tapşırıqların öhdəsindən gələ bilmədiklərinin göstəricisidir. Hesab edirik ki, mövcud vəziyyət ciddi şəkildə nəzarətə götürülməli, vəzifə səlahiyyətlərinin icrasında səhlənkarlığa və məsuliyyətsizliyə yol vermiş şəxslər cəzalandırılmalı, bu kimi hadisələrin təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görülməli, pambıq tarlalarında ilkin tibbi yardım və istirahət üçün şərait yaradılmalıdır”.

Qeyd edək ki, iyunun 11-dən bu vaxta qədər Saatlı, Tərtər və İmişli rayonlarındakı pambıq tarlalarında kütləvi zəhərlənmələr olub. İmişlidəki zəhərlənmə isə 141 nəfəri əhatə etməklə, daha genişmiqyaslı sayılır.

***

Günün aktual xəbərlərindən ibarət icmal:

Tarix
2018.06.20 / 14:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla