Yuxarı

SOCAR fəhlələrinin zarafatı qətllə nəticələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda iş yoldaşını qətlə yetirməkdə təqsirli bilinən Anar Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il dekabrın 12-də Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsində fəhlələr Anar Əsgərov və Azər Xalıqov arasında mübahisə yaranıb.

Nəticədə Anar Əsgərov Azər Xalıqovu bıçaqlayaraq öldürüb. Cinayəti törədən Anar Əsgərov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, Azər Xalıqov Anar Əsgərovun yatdığı yerdə şəkillərini çəkib və həmin şəkilləri tanışlarına göndəririb.

Anar Əsgərov iş yoldaşının bu şit zarafatından qəzəblənib və bir də belə zarafat etməməsini tələb edib.

Lakin Azər Xaliqov zarafatları davam etdirib. Bundan əsəbləşən Anar Əsgərov Azər Xaliqovu bıçaqlayaraq öldürüb.

İstintaq orqanı tərəfindən Anar Əsgərovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Növbəti proses iyulun 4-də davam edəcək.

Tarix
2018.06.20 / 14:45
Müəllif
Hacı Zeynalov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla