Yuxarı

Avtovağzal kompleksi yenidən qurulur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən qurulacaq. Qurum kompleksin nəzərdə tutulan və tezliklə əhalinin istifadəsinə veriləcək "Nəqliyyat Qovşağı" layihəsini təqdim edib.

Bu barədə Axar.az-a açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, yenilikdən sonra kompleksdə şəhərlərarası sərnişin daşımalarında dispetçer mərkəzi yaradılacaq, vahid bilet (elektron) satışı sisteminin təkmilləşdirilməsi və digər yerüstü nəqliyyat növləri üzrə bilet satışı sistemləri təkmilləşdiriləcək, şəhərlərarası və beynəlxalq sərnişin daşımalarında avtobusların “avtovağzaldan-avtovağzala” prinsipi əsasında hərəkəti təmin ediləcək.

Həmçinin tələbata uyğun olaraq paytaxtın bəzi yerlərində avtostansiyaların təşkili, nəqliyyat və piyada axınlarının bir-birindən ayrılması, avtobusların piyada axını ola biləcək yerlərdə geriyə hərəkətinin ləğv edilməsi, avtonəqliyyat vasitələrinin giriş və çıxış yerlərinin ayrı olması, taksilər, şəxsi minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələrinin əhalinin rahatlığı məqsədilə vahid məkanda yerləşdirilməsi də həyata keçiriləcək.

Bundan başqa kompleksdə yenidənqurmadan sonra maşınların Biləcəri dairəsinə daxil olmasının qarşısı alınaraq, birbaşa Lökbatan dairəsinə girişin təmin edilməsi və Biləcəri dairəsindəki sıxlığın aradan qaldırılması təmin ediləcək.

Tarix
2018.06.21 / 10:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla