Yuxarı

“Bakı Bus” sərnişinləri təhqir edir, yoxsa oğruları tutur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusilə komfort baxımından yüksək səviyyədə olan bir avtobusda yaradılan bu problemdən belə aydın olur ki, şirkət sanki “süni dəhliz” yaradıb. Bununla da süni şəkildə sərnişin axınını idarə etmək istəyir.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Azər Allahverənov Bakı Bus MMC-yə məxsus avtobusların artıq bir neçə aydır sərnişinlərin avtobusa daxil olması üçün nəzərdə tutulan ön qapının ancaq bir layının açılması problemindən danişarkən deyib.

Ekspert bildirib ki, ilk vaxtlar bunun texniki problem olduğu qənaətində olsa da, sonradan bunun xüsusi yaradılmış süni maneə olduğunu müşahidə edib:

“Bu süni problem sərnişinlərin avtobusa daxil olmasına narahatlıq yaradır. Yaradılan bu maneənin müxtəlif səbəbləri ola bilər. Mən özüm də bu problemlə bir neçə dəfə qarşılaşmışam. Burada böyük ehtimalla sərnişin axınını idarə etmək niyyəti var. Məqsəd insanların avtobusun salonuna tək-tək girməsinə və hər kəsin kartla ödəniş etməsinə nail olmaqdır.

Ancaq istənilən addım atılan zaman sərnişin rahatlığı, günün pik saatları, həmin saatlarda sərnişin sıxlığının həddən artıq olması nəzərə alınmalıdır. Əgər bu avtobuslar sərnişin rahatlığı və komfortu üçün nəzərdə tutularaq gətirilibsə, o zaman bu süni əngəllər nəyə gərəkdir?

Mən hətta dəfələrlə şahidi olmuşam ki, artıq avtobusun açılmayan ön qapısının bir layının arxasında sərnişinlər də dayanır. Halbuki orada sərnişinin dayanması doğru deyil, təhlükəlidir”.

A.Allahverənovun fikrincə, bu süni maneənin yaradılmasına əsas səbəb avtobusa kartla ödəniş etmədən daxil olan sərnişinlərin qarşısını almaqdır. Bu yolla sürücü prosesi nəzarətdə saxlaya bilir:

“Ancaq kart sisteminə keçidin həm də əsas məqsədi o idi ki, sürücünün diqqəti ancaq avtobusun idarəetməsinə yönəlsin. Yəni ödənişə nəzarət, pul qalığı qaytarmaq kimi işlər sürücünün diqqətini yoldan yayındırmasın. Ancaq kart sistemi uzun illərdir tətbiq edilsə də, hələ də sürücü ödənişə nəzarət etməli olur. Əslində isə bu, sürücünün işi deyil. Sürücü maliyyə, ödəniş axınları üzərində nəzarət tətbiq etməli deyil. Heç beynəlxalq praktikada da bu yoxdur”.

A.Allahverənov süni maneələrdənsə, sərnişinlər arasında güclü formada maarifləndirmə aparılmalı olduğunu bildirib:

“Birinci növbədə avtobuslar süni əngəllər yaratmamalıdır. İkinci isə sərnişinlər arasında maarifləndirmə işi aparmalı, bunun üçün sosial çarxlar hazırlanmalı, mümkün qədər elə avtobusların içində səsli reklamlarla təqdim edilməlidir. Ən əsası isə sürücülərin birdəfəlik ödəniş sisteminə nəzarəti aradan qaldırılmalıdır.

Təəssüf ki, biz indi problemi aradan qaldırmaq üçün “Bakı Bus” şirkətinə və ya aidiyyəti digər qurumlara müraciət etsək, bildirəcəklər ki, biz sürücülərə belə bir təlimat verməmişik. Məsuliyyət sürücünün boynunda qalacaq. Halbuki sürücü bu kimi hallarda özbaşına qərar verə bilməz”.

Tarix
2018.06.21 / 11:45
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla