Yuxarı

Nazirlik “Əsgərə məktub” aksiyasına start verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərpoçt MMC Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinə həsr olunmuş “Əsgərə məktub” adlı aksiya keçirir.

Nazirlikdən Axar.az-a bildirilib ki, aksiyanın məqsədi Azərbaycan vətəndaşının öz əsgərinə, ordusuna ehtiram və diqqətinin Azərpoçt MMC vasitəsi ilə çatdırılması və insanlarda məktub yazmaq vərdişini təşviq etməkdir.

“Sözləriniz ağ kağız üzərində əbədi həyat qazansın!” şüarı ilə təşkil olunan aksiyanın birinci mərhələsi 23-24 iyun tarixlərində, saat 12:00-dan 21:00-a qədər “Park Bulvar” ticarət mərkəzində baş tutacaq. Belə ki, qeyd olunan tarixlərdə “Park Bulvar”da Azərpoçt MMC-nin xüsusi guşəsi fəaliyyət göstərəcək.

Tədbir iştirakçıları sözügedən guşədə Azərbaycan əsgərinə məktub yazmaq imkanı əldə etməklə yanaşı, əsgərlərə bağlama da yollaya biləcəklər.

Aksiyanın ikinci mərhələsinin isə 25 iyun tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində əsgərləri ziyarət etməklə həyata keçirilməsi nəzərdə tutulub.

Tarix
2018.06.21 / 12:52
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla