Yuxarı

O, azərbaycanlı oliqarxa zərbə üçün milyardlar xərcləyir - Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın dövlət neft korporasiyası “Rosneft”in prezidenti, Kremlin “boz kardinalı” hesab edilən İqor Seçin mətbuatda opponentlərini, o cümlədən “Lukoyl”un rəhbəri Vahid Ələkbərovu gözdən salmaq, onlara qarşı qara piar aparmaq üçün ildə 4 milyard rubl xərcləyir.

Virtualaz.org xəbər verir ki, bu barədə Rusiya mətbuatında dərc edilmiş araşdırmada bildirilir.

Belə ki, “Rosneft”in 2017-2018-ci illərdə “informasiya xidməti göstərilməsi” adı altında 20-yə qədər müqavilə bağladığı məlum olub. Belə müqavilələr aparıcı KİV-lərlə, o cümlədən “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “İnterfaks”, “Federal press”, “Polit.ru”, “Trud” və digər çoxtirajlı qəzet və saytlarla bağlanıb. Bu müqavilələrin cəmi ikisində məbləğ göstərilib. Məlum olub ki, “Rosneft” şirkəti “Komsomolskaya Pravda” qəzetinə ildə 3.4 milyon rubla yaxın pul verir. Lakin “Rosneft”dən sifariş alan digər KİV-lərin hesabatlarına əsasən onların şirkətdən aldıqları vəsaitin ildə milyardlarla rubl olduğu müəyyən edilib.

Habelə müəyyən olunub ki, “Rosneft”dən pul alan KİV-lərdə vaxtaşırı olaraq “Qazprom”un, “Transneft”in və “Lukoyl”un əleyhinə məqalələr dərc edilir. “Qazprom” özü də dövlət şirkətidir, amma Seçinin xoşuna gəlmir. Çünki “Rosneft”in qazını özünün ixrac qaz kəmərlərinə buraxmır. “Transneft”i isə çoxdandır Seçin ələ keçirmək, beləliklə də tranzit neft kəmərlərini də öz nəzarəti altına almaq istəyir.

“Lukoyl”dan isə Seçinin ümumiyyətlə zəhləsi gedir. Çünki şirkətin kapitallaşması “Rosneft”dən az qala iki dəfə azdır, amma bütün göstəriciləri dəfələrlə yaxşıdır. Başqa sözlə, Vahid Ələkbərov yaxşı işləyir və bu, Seçinin xoşuna gəlmir. Dəfələrlə xəbərlər yayılıb ki, “Rosneft” inzibati rıçaqlardan istifadə edərək “Lukoyl”u almağa çalışır. Vahid Ələkbərov isə bütün təzyiqlərə baxmayaraq şirkətini satmaqdan imtina edir.

KİV-lərlə rəsmi müqavilələrdən əlavə “Rosneft” vaxtaşırı olaraq rəqiblərinin əleyhinə mətbuata kompromatlar ötürür, o cümlədən sosial şəbəkələrdə təbliğat aparır. Buna da əlbəttə ki, sanballı pullar xərclənir.

Məsələn, təkcə kompromat.ru saytında rəqiblərinin əleyhinə kompromatlar yazdırmaq “Rosneft”ə ildə 15 milyon rubla başa gəlir. “Medialayn” (Medialine) monitorinq şirkətinin analitiklərinin hesablamalarına görə şirkətin “qara piar”a xərclədiyi pulların ümumi məbləği ildə 3.5-4 milyard rubla yaxındır.

Tarix
2018.06.22 / 12:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Moskvada Bakı-İrəvan əlaqələri müzakirə olundu

Bakı Qarabağ problemini həll etdiyi kimi, Pakistan da... - Səfir

Radev Əliyevə zəng etdi: Səfər təxirə düşdü

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

Arkov: Bakı buna çox sərt cavab verəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla