Yuxarı

Azərbaycanda dəhşət: Ayılar kəndə hücum etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkinin Baş Zəyzid kəndində qış yuxusundan ayılan ayılar təsərrüfatlara hücum edib.

Axar.az ARB-yə istinadla məlumat verir ki, bu günlərdə vəhşi heyvanlar həyətyanı sahələrə soxularaq inəkləri parçalamaq istəyib. Kənd sakini Əsgər Ramazanov deyib ki, mal-qarasını ayının hücumundan qorumaqda çətinlik çəkirlər:

"Mallar saat 4-5-də evə gəlir. Gördüm ki, inək bərildəyir. Səsindən bildim ki, mənim inəyimdir. 20-30 adamla güclə əlindən aldıq. İnəyi sürüyə-sürüyə gətirdik, amma öldü. 8 aylıq boğaz inək idi”.

Sakinlərin sözlərinə görə, son bir ayda 30-a yaxın iri buynuzlu mal-qara ayı hücumuna məruz qalıb. Son bir həftədə isə 8 baş iri buynuzlu heyvan ayıların qurbanına çevrilib. Ayıların öldürülməsi qanunla qadağan edildiyinə görə, sakinlər heç bir yerə müraciət etmədiklərini deyiblər.

Qeyd edək ki, sığorta şirkətləri vəhşi heyvanların öldürdüyü mal-qaraya görə pul ödəmədiyindən sakinlər maddi ziyanlarını qarşılaya bilmirlər.

Tarix
2018.06.22 / 16:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla