Yuxarı

Dövlətimizin gücü həm də bu 30 mindədir - Əli Həsənov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:54

Bu gün nümayiş olunan çıxış və filmdən QHT Şurasının 10 ildə böyük işlər gördüyünü deyə bilərik. Şuranın fəaliyyəti qənbaətbəxş hesab edilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubiley tədbirində çıxışı zamanı deyib. Ə.Həsənov dövlətin bu məsələdə Şuraya dəstəyindən danışıb:

“İndiki və keçmiş Şura üzvləri, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutunun əməkdaşlarına təşəkkür edirəm. Prezidentimiz vətəndaş cəmiyyətinin inkişafını inkişafımızın əsas şərti kimi dəyərləndirib. Vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətinin əsas təməli hesab edilir. Dövlətimizin inkişafının əsas təməli 1992-93-cü illərdə Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. 1995-ci ildən bu vaxta qədər 15 seçki keçirilib, onların hamısında azad siyasi mübarizə nümayiş edilib. Seçkilərin nəticələri xalqın marağına xidmət edib. 1995-ci ildən ölkəmizdə azad media formalaşıb. Qeyri-hökumət təşkilatının formalaşması dövlətimizin əsas marağı olub. Bu istəklərin hər birinə nail olduğumuza görə dövlət olaraq qürur hissi keçiririk”.

Ə.Həsənov qeyd edib ki, müstəqillik qazanandan sonra dövlətin ilk işlərindən biri qeyri-hökumət təşkilatları haqqında aktların qəbul olunması idi:

“Lakin 1998-ci ildə “Qrantlar haqqında” qanun qəbul olunana qədər qeyri-hökumət təşkilatlarının necə maliyyələşməsi ilə bağlı mübahisələr var idi. Həmin ilə qədər bu təşkilatların nümayəndələri müxtəlif tərəflərə meyil etdi. Bu gün Azərbaycanda şəffaf şəkildə vətəndaş cəmiyyəti institutunun fəaliyyətini müşahidə edirik. Həm dövlətin ayırdığı qrantlar, həm də xarici ölkələrdən daxil olan vəsaitlər təşəbbüskar insanlar tərəfindən istifadə edilir. QHT sektoru bir məslək kimi formalaşdı. Bu sektorda təşəbbüskar insanlar üçün iş imkanı yaradıldı. 26 illik müstəqillik fəaliyyətimizdə bu sektorun fıəaliyytinə 306 milyon manata yaxın vəsait ayırıb. Bu illər ərzində 4500-dən artıq layihəyə 36 milyona yaxın vəsait ayrılıb. 10 ildə 15 mindən çox insan QHT Şurasının ayırdığı vəsait hesabına fəaliyyət göstərib, 30 mindən artıq insan QHT sektorunda özünə məşğulluq tapıb. Dövlətimizin gücünü ölçəndə həm də bu 30 minə ümid bəsləyirik. Onlar dövlətimizə qarşı təhlükələrə sinə gərməkdə məmurlardan az fəal deyillər. Onlar dövlətin maraqlarını, qanunların düzgün tətbiqini heç siyasi partiyalardan da az təlqin etmirlər. Bəzi QHT-lər sırasında xarici donorların dəstəyi ilə dövlətin əleyhinə çıxış edənlər də olub. Bu mediada hiss olunan təcahürdür. Sevindirici haldır ki, mövqeyi sağlam olan qüvvələr QHT sektorunda təmsil olunanların 90 faizini təşkil edir”.

Tarix
2018.06.22 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla