Yuxarı

Prezidentin bu qərarı stereotipləri aradan qaldırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik yubileyi münasibətilə tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Şuranın yaranması ilə bağlı qərarı ilə Prezident İlham Əliyevin siyasi iradəsini ortaya qoydu və dövlətlə qeyri-hökumət təşkilatları arasında körpü yaratdı:

“Bu həm də qarşılıqlı etimadın da əsasını qoymuş oldu. Əvvəl qeyri-hökumət təşkilatıları anti-dövlət maraqlarına xidmət edən təşkilatlar kimi assosiasiya edilirdi, lakin Prezidentin bu qərarı ilə stereotiplər aradan qaldırıldı. Şuraya qədər Azərbaycan milli maraqlarına aid olan, Qarabağ şəhidləri, əlillərinin maraqlarını müdafiə edən layihələrə xarici donor təşkilatlar dəstək vermirdi. Şura yaranandan sonra bu məsələ həllini tapdı. Şübhəsiz ki, bizim əsas məqsədimiz vətəndaş cəmiyyətinin inkişafına dəstək vermək idi. Bizim ən ağrılı yerimiz Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsidir. Dövlətimiz, xüsusən Heydər Əliyev Fondu və onun prezidentinin bu istiqamətdə fəaliyyəti göz önündədir. Şura da Qarabağ problemi ilə bağlı layihələrində Fondun istiqamətini əsas götürür”.

A.Quliyev onu da vurğulayıb ki, Şura yalnız donor funksiyasını həyata keçirmir.

“Elə bir qeyri-hökumət təşkilatı yoxdur ki, Şuraya müraciət etsin, lakin dəstək almasın. Biz bununla qürur duyuruq. Şuranın qəbul etdiyi qərarların müzakirəsi ilə bağlı Apellyasiya Komissiyası fəaliyyət göstərir. Bu vaxta qədər heç bir donor təşkilat belə bir imkan yaratmayıb. Bu imkan Şuraya olan etimadın yaranmasında əsas faktorlardan biridir. Bu gün vətəndaş cəmiyyətinin uğurları və naliyyətlərinə görə möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. Bundan sonra da Şura üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, dövlətin maraqlarına əlimizdən gələn dəstəyi göstərəcəyik”.

Şuranın fəaliyyəti ilə bağlı videotəqdimatdan sonra çıxış edən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Şuranın 10 illik fəaliyyətinin qənaətbəxş olduğunu söyləyib: "1998-ci ildə "Qrant haqqında" qanun qəbul olunana qədər QHT-lərin maliyyələşməsi ilə bağlı mübahisələr gedirdi. Həmin dövrdə ən fəal insanlar QHT yaradaraq fəaliyyət göstərməyə başladı. Biz bu gün vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti ilə öyünürük. Həm Azərbaycan dövlətinin, həm də xarici donorların ayırdıqları qrantlar bu gün şəffaf şəkildə məqsədə uyğun istifadə edilir. Bu gün Azərbaycanda QHT təmsilçiləri var ki, vəzifə təklif olunur, imtina edirlər. Onlar artıq QHT sahəsində məslək sahibi kimi formalaşıblar. QHT sektorunda fəal insanlar üçün faktiki iş yerləri açılıb. Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb. QHT Şurası isə ötən 10 il ərzində QHT layihələrinin maliyyələşdirilməsinə 36 milyon manat ayırıb. Maliyyələşdirilən bu layihələrdə 30 minə qədər insan çalışıb. Bunlar Azərbaycanın fəal insanlarıdır və dövlətimizi xaricdən gələn təhlükələrdən elə dövlətin özü qədər qoruyurlar.

Çox təəssüf ki, QHT arasında xarici donorların təsiri altına düşən və Azərbaycana qarşı istifadə olunanlar da olub. KİV arasında da belə təsir altına düşən, Azərbaycan əleyhinə yazılar verənlər var. Azərbaycanda sağlam mövqeyə malik QHT bu sektorun 99 faizini təşkil edir".

Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib ki, bu gün qeyri-hökumət təşkilatları nümayəndələri xairci sifarişlərin yerinə yetirilməsindən imtina edərək dövlətin maraqlarına xidmət edirlər. QHT təmsilçiləri könüllülük əsasında bu məsuliyyəti üzərlərinə götürən insanlardır.

B.Muradova 10 il ərzində Milli Məclislə Şura arasında formalaşmış əməkdaşlıqdan danışıb:

“Milli Məclis hakimiyyətin müstəqil qanadıdır. Milli Məclislə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında memorandum imzalanıb. Bu, Milli Məclis tərəfindən Şuraya verilən dəyərin sübutudur. Qanunların müzakirəsi, qəbulu və onun insanlara çatıdırılması istiqamətində birgə fəaliyyət göstəririk. Şura tərəfindən təklif edilən bir sıra qanun layihələrini Milli Məclis qəbul edib. Bu layihələri təqdim edən, təsdiq edən, həyata keçirilməsinə dəstək olan insanlara təşəkkür edirəm. QHT-lər dövlətin və xalqın taleyinə dövlət məmurları qədər məsuliyyət daşıyırlar. Bu məsuliyyətin altına çiyin verdiklərinə görə hər bir üzvünüzü təbrik edirəm”.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai də Şuranın fəaliyyətini yüksək qiymətləndirib.

Tədbir çıxışlarla davam edib.

Tarix
2018.06.22 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla